Öncədəki yazıda Naxçıvanın unikal təbiətindən və Culfa rayonun dağlarının sakinlərindən bəhs etmişdim. Bu yazıda isə Naxçıvanın təbiət sakinlərindən bəhs etməyə davam edəcəm.

Bu uzunqanad quşlarını səhvən ebabil adlandıran və hətta nadir bir canlı imiş kimi təqdim edənlər (xüsusən də xəbər proqramları) var. Naxçıvan şəhərindəki iri sürünün bir qisminin videousunu burdan izləyə bilərsiniz – https://youtu.be/yQEPatjjkcY
Naxçıvandakı biomüxtəlifliyi görmək üçün şəhərdən çox da uzaqlaşmağa ehtiyac yoxdur, şəhərin şərqi ilə axan Naxçıvançay (Araz çayının qoludur) müxtəlif canlılara ev sahibliyi edir:

Alabaxta (lat. Columba palumbus)


Şəhərdən uzaqlaşmadan nadir növləri görmək möhtəşəm hissdir. Bunlardan biri də aşağıdakı kərkəs növüdür ki, IUCN kateqoriyası EN (nadir/azsaylı) olub, ölkəmizin Qırmızı Kitabındadır.

Naxçıvan şəhərinin təbiətini gecə də izləmək mümkündür. Gecə dedikdə ağlımıza gələn canlılardan biri də bayquşlardır. Naxçıvanda müxtəlif bayquş növlərinə rast gəlmək olar, lakin gecələr şəhərlərdəki parklarda belə səsini eşidə biləcəyiniz növlərdən biri isə olduqca kiçik ölçülü olan meşə bayquşudur.


ƏLAVƏ: Ölkəmizdə bayquşların uğursuz olduğu, hətta “ölüm gətirdiyi” kimi batıl inanc vardır. Yazının bu hissəsində bu inancından necə ortaya çıxa biləcəyi barədə məlumat vermək istəyirəm. Elektrik olmayan vaxtlarda ölkəmizdə evlər dünyanın bir çox yerində olduğu kimi qaz və ya neft lampaları ilə işıqlandırılırdı. Gecə yatmamışdan qabaq isə bu lampalar söndürlürdü. Lakin, evində xəstə və ya ölüsü olan evlərdə lampa yanılı saxlanılırdı. Bütün bunların bayquşlarla nə əlaqəsi var deyə bilərsiniz. Bayquşlar ovlandıqlarında mükəmməl eşitmə bacarıqları ilə yanaşı görmə qabiliyyətlərinə bel bağlayırlar. Təkcə ulduzların zəif işığı belə onların ovunu görməsinə kifayət edir. İnsan məskənləri və ətrafındakı zibillər isə bayquşların sevimli qidası olan kiçik gəmiriciləri (siçan və siçovul) özünə cəzb edirdi. Bayquşlar isə evlərdən yaılan zəif lampa işığı ilə bu canlıları daha asan ovlayırdılar. Ona görə də ev sahibləri evlərinin yaxınlığına gələn bayquşları gördükdə bunu evlərindəki xəstə/ölü ilə əlaqələndirirdilər. Əslində isə diqqət etsəniz bu olduqca təbii olan bir hadisədən başqa birşey deyil!
Naxçıvanın ən çox gedilən yerlərindən biri də sərin havası və ən əsası “üzən adası” ilə bilinən Batabat gölüdür. Göl və ətrafındakı ərazilər isə müxtəlif növlərə ev sahibliyi edir:

Əvvəldə qeyd etdiyim Naxçıvançayın mənbəyi Şahbuz rayonundadır və çay yatağı boyunca da vəhşi təbiətə rast gəlmək olar:

Çay yatağının yaxınlığndakı qayalıqlarda isə mükəmməl şəkildə gizlənmiş kəkliklərə rast gəlmək olar. O qədər yaxşı gizlənirlər ki, siz onları görmürsünüz. Ancaq çatmağınıza bir-iki addım qalmış yerdən havalanaraq sizi qorxutmağı bacarırlar.

Sonda isə öncəki Culfa səfərindən bölüşmədiyim fotoları sizlərlə paylaşıram: (həmin səfər barədə ətraflı – https://bit.ly/2xWux9k)





OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!
Leave a Reply