İsti yay gecəsidir. Gecənin səssizliyini bir həşəratın səsi pozur. Hansı ki, bu səs bəzən romantik yay gecəsi havası yaradır, bəzən isə yatmağa imkan verməyəcək qədər uca səslidir. Biz bu səsi çıxardan canlını cırcırama olaraq tanıyırıq. Lakin, ölkəmizdə başqa bəzi həşəratlar da səhvən cırcırama adlandırlır. Bu yazıda buna aydınlıq gətirmək istəyirəm.

Cırcıramalar (lat. Cicadidae) arxaya uzunan uzun qanadları və iri gözləri ilə seçilirlər. Bəzi növlərin sürfələri 17 ilədək torpağın altında qalır və bundan sonra yetkin fərdə çevrilir. Bu da onları ən uzun ömürlü həşəratlardan biri edir. Bu həşəratların əcdadlarının dinozavrların olduğu dönəmdə (Yura və Təbaşir dövrləri) məlumdur. Erkək cırcıramalar dişiləri cəzb etmək üçün qarınlarında yerləşən və “timbal” adlanan seqmentləri bir-birnə sürtərək səs çıxarırlar. Cırcırama səsi həşərat dünyasındakı ən uca səs hesab olunur (bəzi növlərin səsi 100 desibel-ə çata bilir). Aşağıda cırcıramaların çıxartdığı səsi dinləyə bilərsiniz:

Çox vaxt cırcıramlarlar səhv salınan bir digər səs-küylü həşərat sisəklərdir. Sisəklər (lat. Gryllidae) görünüşcə kiçik ölçülü çəyirtəkələrə bənzəyirlər (onlar kimi qatlanan arxa ayaqları var) və daha çox tünd qəhvəyi və ya qara rəngdə olurlar.

Sisəklər qanadlarını bir-birinə sürtərək çıxarırlar. Ümumiyyətlə yalnız erkək fərdlər səs çıxarır. Səsləri daha ucadır və müəyyən aralıqlarla eşidilir:

Sisək səsləri

Ölkəmizdə səhvən cırcırama adlandırılan bir digər həşərat hamımızın uşaqlıqdan “vertolyot” olaraq tanıdığı və əsl adı iynəcə olan bu cücülərdir:

İynəcələr (lat. Odonata) – 4 qanadını bir-birindən aslı olmadan hərəkət etdirə bilən ovçulardır. Onlar havada tutduqları başqa cücülərlə qidalanırlar. Ov cəhdlərinin təqribən 95 %-ində uğurlu olan bu canlılar nəyinki həşəratlar, həm də bütün heyvanlar arasıda ən bacarıqlı ovçu hesab olunur.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

  1. Təşəkkürlər! Çox faydalıdır.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading