Bu yazımızda bizim tarix dərsliklərindən adını gördüyümüz məhşur hökmdarların, şəxsiyyətlərin adını daşıyan bəzi heyvan növləri ilə tanış olacağıq.

  1. Misirin tarixi deyəndə ağıla ilk gələn hər halda həm də gözəlliyi ilə tanınmış məhşur çariça Kleopatradır. Ötən əsrin əvvəllərində (1902) kəşf olunmuş və gözəl mavi rəngləri ilə seçilən bu arı növü onun adını daşıyan onlarla heyvandan sadəcə biridir: lat. Augochloropsis cleopatra
Kleopatranın adını daşıyan arı növü

2. Tarixdə mənim ən sevdiyim dönəmlərdən biri Hun imperatorluğunun olduğu dönəmdir. Və əlbəttə hunlar dedikdə ağıla Atilla gəlir. Mərkəzi Amerikanın tropik meşələrində rast gəlinən “milçəkqapan” quşlarının bir cinsi onun adını daşıyır. Maraqlıdır ki, yeddi növü olan bu quş cinsinə Atilla adının verilmə səbəbi kiçik olmalarına baxmayaraq Atilla kimi aqqresiv olmalarıdır. Əlavə olaraq onu da qeyd edim ki, Macarıstanda kəşf olunmuş zərərverici yarpaq biti növü də Atillanın adını daşıyır (lat. Floracarus atillai)

Bozbaşlı atilla quşu – lat. Atilla rufus

3. Tarixin səhifəsini adını milyonların qanı ilə yazdrmış şəxslərdən biri də Hitlerdir. Biz onu pis şəxsiyyət kimi tanısaq da 1937-ci ildə alman entimoloq Oskar Scheibel Sloveniyanın mağaralarında kor bir sərtqanadlı növü tapdıqda o vaxt hakimiyyətdə olan führerin şərəfinə lat. Anophthalmus hitleri adı verir. Adolf Hitler bunu eşidəndə zoolaqa təşəkkür məktubu da göndərir. Maraqlıdır ki, bu bədbəxt böcək sırf Hitlerin adını daşıyır deyə kolleksiyaçıların qurbanına çevrilib və sayı azalmaqdadır.

Hitler böcəyi mağarada yaşadığından görmə bacarığını tam itirib.

4. “Muhteşem yüzyıl” serialına baxanlar yəqin ki, Xürrəm Sultan xarakterini yaxşı tanıyırlar. Birinci Süleymanın həyat yoldaşı olan bu xanım bugünki Ukrayna ərazisində anadan olmuşdur. 16-cı əsrdə yaşayan və qərb mənbələrində adı Rokselana (“Rus qadını”) kimi qeyd olunan bu xanımın adını daşıyan və Çinin dağlarında rast gəlinən bir meymun növü var: lat. Rhinopithecus roxellana

Mavi üzünə görə seçilən “Hürrəm Sultan” meymunu

5. İstər ölkəmizin, istərsə də dünya tarixində böyük iz qoyan şəxslərdən biri də Əmir Teymurdur. Bildiyiniz kimi ona həm də Teymur Ləng (çox vaxt təhqir kimi) deyirdilər. Özbəkistanda tapılmış bir dinozavr cinsi isə onun adını daşıyır: lat. Timurlengia

Görünüşcə T-reksə bənzəyən terapod dinozavr: Timurlengia

Əlbəttə siyahını uzatmaq da olar. Çünki, başda Darvin kimi təbiət elminə önəmli töhvə vermiş şəxslər olmaqla yüzlərlə heyvan insanların adını daşıyır. Bəzi heyvanlar bəstəkarlar, prezidentlər, film personajları, müğənnilər və s. şərəfinə adlandırılmışdır. Mən bu yazıda özümə ən maraqlı gələn 5 nümunəni seçdim.

Daha ətraflı bu siyahıdan tanış ola bilərsiniz – https://en.wikipedia.org/wiki/List_of_organisms_named_after_famous_people_(born_before_1800)


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

3 responses

  1. Təşəkkürlər,maraqlı məlumat üçün.

  2. […] Buna oxşar, tarixi şəxslərin adını daşıyan canlılar məqaləm […]

  3. Maraqlı mövzudur. EnVikidə Harri Potter personajlarının şərəfinə adlandırılmış canlıların siyahısı da var https://en.wikipedia.org/wiki/List_of_organisms_named_after_the_Harry_Potter_series

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading