IMG_6735-2

1)Asiya şiri (Panthera leo persica) – Artıq ölkəmizdə nəsli tükənib.Hindistan,Pakistan kimi ölkələrdə hələdə yaşamaqdadır.

IMG_6724-0

2)Xəzər pələngi (Panthera tigris virgata) – Ümumiyyətlə dünya üzərində nəsli tükənsədə bəzi mənbələrdə yaşayan bir neçə fərdin hələdə olduğu qeyd olunur.(Şəkil 1899 cu ildə Berlin zooparkında çəkilib).

leopard_nakhchivan_498964

3)Qafqaz bəbiri(Panthera pardus saxicolor=tulliana) – Ölkəmizdə Naxçıvan,Talış,Böyük və Kiçik Qafqaz dağlarında hələdə az sayıda fərd yaşayır.

019867-01

4) Asiya hepardı (Acinonyx jubatus venaticus) – Ölkəmizdə nəsli tükənsə də qonşu İran,Pakistan,Hindistanda hələdə yaşayır.

5)Vaşaq (Lynx lynx dinniki) – Ölkəmizdə əsasən meşəlik və dağlıq ərazilərdə,bəzəndə düzənlik ərazilərdə rast gəlinir.Nadir növdür.

 

6) Manul pişiyi (Otocolobus manul) – Bol tüklü,qəribə görünümlü bu pişik dağlıq ərazilərdə yaşayır.Dəqiq məlumat olmamasına baxmayaraq ölkəmizdə Naxçıvan ərazisində yaşadığı bildirilir.

ARKive image GES090112 - Wildcat

7) Qamışlıq pişiyi (Felis chaus) – Ev pişiyindən  iri olan bu növün ölkəmizdə antropegen təsirlər ucbatından sayı get-gedə azalır.

8) Meşə pişiyi (Felis silvestris) – Görünüşcə ev pişiyinə bənzəsə də iri və 4-5 halqalı quyruğu ayırdedici xüsusiyyətlərdəndir.

9) Çöl pişiyi (Felis lybica) – Ev pişiyinin atası hesab olunur. Ölçüsü,rəngi və insanlara yaxın ərazidə məskunlaşdığına görə tez-tez ev pişiyi ilə səhv salınır. Uzun quyruğu və ayaqları ilə seçilir.

QEYD: Növlərin ölkəmizdə yaşamış vəya hal-hazırda yaşayan yarımnövlərinin təsnifatı verilmişdir.


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading