Şahin(Falco peregrinus)

Şahin digər adı ilə Laçın Qızılquşkimilər dəstəsinə aid quş növüdür.Qızılquşlar fəsiləsinin nümayəndəsi olan bu quş sürətli uçuşu ilə fərqlənir.Bu cür sürətli uçuşu onun özünə məxsus nazik və uzun qanadları təmin edir.(Elə dəstənin latınca adı olan Falco sözü bu qanad formasına görə verilmişdir.”Flex” sözündən törəyən bu sözün mənası “oraq” deməkdir.Şahin və digər qızılquşlara bu adın verilmə səbəbi qanadlarının orağa bənzəməsidir).

1

Şahin quşu ovlanarkən öz qanadlarını bədəninə sıxır və Yerin cazibə qüvvəsindən istifadə edərək yerə doğru 320 km/saat sürətlə şığıyır.(Bu cür uçuşa “Dive” və ya“Stoop” deyilir).Öz maksimal sürətinə çatdıqda o dünya üzərində yaşayan ən sürətli canlı hesab edilir.[1]

8d7640c126050573872b1abbb7a4debd

Şahinin 19 yarımnövü mövcuddur.[2] (bəzi mənbələrdə 17.Bu fərqin səbəbi F.p.pelegrinoides və F.p.babylonicus-in bəzən ayrıca növ sayılmasıdır.).Şahin çox geniş əraziyə yayılmışdır.Antaraktida və bəzi kiçik adalar istisna olmaqla dünyanın hər yerində rast gəlmək olar.Bu da şahini dünya üzərində ən geniş yayılmış onurğalı edir.

Ölkəmizdə yalnızca 3 yarımnövünü müşaiət etmək olar.Bunlar:

F.p.brookeii(ölkəmizdə ən geniş yayılan yarımnöv);  F.p.peregrinus,F.p.caliudus(yalnız köç zamanı görülür)  yarımnövləridir.

 

1.png

Yetkin(adult) F.p.peregrinus(1),  F.p.brookeii(2), F.p.caliudus(3),–lar[3] 

 

2.png

 Gənc (juvenile) F.p.peregrinus(1),  F.p.brookeii(2), F.p.caliudus(3),–lar [4]

             

                                            İstinadlar:

[1]  Ken Franklin adlı şahinçi(falconer) 2005 ci ildə öz qızılquşunun sürətini 389 km/saat olaraq ölçmüşdü.Lakin Ginnesin Rekordlar Kitabına istinadən şahinin orta sürəti 320 km/saat-dır.

[2]   “Handbook of The Birds of World” (1994) kitabına istinadən.

[3] və [4] “Field identifaction of large falcons in the West Palearctic” kitabından.


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading