Yazıya başlamamışdan qabaq onu qeyd edim ki, bir təbiətsevər olaraq təbiətdə çox vaxt keçirirəm və bəzən insan həyatı üçün təhlükəli olabiləcək canlılarla rastlaşıram. Bu yazıda ölkəmizdə insan həyatı üçün təhlükəli olabiləcək bəzi canlılar haqqında məlumat verməyə çalışacam. Ölkəmizdə təhlükəli canlılar əsasən zəhərli canlılardır. Zəhər bəzi heyvanların özlərini müdafiə vəya ovlanmaları üçün istifadə etdikləri kimyəvi maddədir. İki forması mövcuddur. Bizim dilimizdə hər iki qrup ayrılmadan zəhər adlandırılsa da əslində fərq olduqca böyükdür. Fərqi ingilizcə adları ilə izah etməli olacam :

poison-vs-venom.jpg

a) Poison – Bu qrup müdafiə məqsədi ilə ifraz olunan zəhərdir. (Sadə dildə desək yırtıcı heyvanlara ov olmamaq üçün). Bu canlıları dişləməsiniz, yalamasanız vəya gözünüz kimi həssas orqanlara yaxınlaşdırmasanız təhlükədə deyilsiniz. Əgər onlara toxunsanız əllərinizi yumağınız tövsiyyə olunur. Bu qrup canlılar çox vaxt parlaq (qırmızı, sarı, narıncı) rəngləri ilə zəhər daşıdıqlarını düşmənlərinə xəbərdarlıq edirlər. Bu qrup zəhər aşağıdakı heyvanlarda rast gəlinir :

  • Quşlar (ölkəmizdə növlər arasında yalnız bildirçinin bəzi bitkilər yedikdən sonra zəhərli əti olduğu məlumdur. İnsanlarda bu bildirçinləri yedikdən sonra yaranan xəstəliyə koturnizm deyilir).
  • Qurbağalar (Ölkəmizdə quru qurbağaları – Bufo, Bufotes cinsləri)
  • Salamandralar (Ölkəmizdə 2 növ triton var)
  • Kirpi balıqları (ölkəmizdə yoxdur)
  • Kalamar vəya Mürəkkəb balıqları (ölkəmizdə yoxdur)
  • Bombarduman böcəkləri (Meloidae sp.) və bənzərləri
  • Bəzi kəpənəklər tırtılları
Bəzi bombarduman böcəkləri
Qafqaz ilbizyeyən fışqırdanı – Adını fışqırtdığı kimyəvi maddədən və qidası olan ilbizlərdən alır.

Bu tip böcəklərin anuslarından ifraz etdikləri maye zəhərlidir. Həyati təhlükəsi olmasa da uzaq durmaqda fayda var. Böcəyi əlinizlə tutduqda xüsusən də göz və ağızı hədəf alırlar.

Xrizip kəpənəyinin zəhərinə görə quşlar ondan uzaq dururlar
Kəpənəklər zəhərli maddələri tırtıl olarkən yedikləri bitkilərdən toplayırlar (fotoda yelkənqanad kəpənəyin tırtılı)
Qafqaz quru qurbağası zəhəri gözünün arxasındakı xüsusi vəzlərdə saxlayır.

b) Venom – Bu qrup zəhər isə daha çox ovlanmada istifadə olunur. Xüsusi diş, iynə vasitəsi ilə ifraz olunur. İnsan üçün təhlükəli olan zəhər forması əsasən bu qrupdandır. Bu qrup zəhər aşağıdakı heyvanlarda rast gəlinir :

  1. Əqrəblər
  2. İlanlar
  3. Hörümçəklər
  4. Çayanlar
  5. Arılar
  6. Yereşənlər
  7. Gənələr (ölkəmizdə yoxdur)
  8. Qarışqalar (ölkəmizdə yoxdur)
  9. Qurbağalar (cəmi 2 növ, ölkəmizdə yoxdur)
  10. Salamandralar (ölkəmizdə yoxdur)
  11. Kərtənkələlər (ölkəmizdə yoxdur)
  12. Ördəkburunlar (ölkəmizdə yoxdur)
  13. Köstəbəklər (ölkəmizdə yoxdur)
  14. Osminoqlar (ölkəmizdə yoxdur)
  15. Fizalilər (ölkəmizdə yoxdur)
  16. Dəniz anemonları (ölkəmizdə yoxdur)
  17. Ximerkimilər (ölkəmizdə yoxdur)

I) ƏQRƏBLƏR – Hər il orta hesabla 1,230,000 əqrəb sancması baş veriri ki, bundan yalnız 3250-si ölümlə nəticələnir. Əqrəblər zəhərlərini əsasən ovlarına qarşı istifadə etsələr də təhlükədə hiss edərlərsə özlərini müdafiə üçün də sanca bilərlər. Unutmayın ki, heçbir əqrəbin birinci məqsədi sizi sancmaq deyildir, çünki, zəhərləri onlar üçün olduqca dəyərli olub, hazırlanması çətindir.

577178046_ce7186ac70

Əqrəbin qısqacına (pedipalp) baxaraq zəhərinin təsir gücünü anlamaq mümkündür. Əqrəbin qısqacı uzun və nazikdirsə zəhəri daha təhlükəlidir. (Əslində bu qidalanmaları ilə əlaqəlidir : Nazik qısqaclı əqrəblər ovlarını yaxşı tuta bilmədiyindən zəhərləri daha təsirlidir ki, ov qaça bilmədən ölsün.)

Ölkəmizdəki əqrəb növlərinin siyahısı :

  1. Androctonus crassicauda (syn. kunti?) (Qara əqrəb)
  2. Mesobuthus eupeus  (Avropa əlvan əqrəbi)
  3. Mesobuthus persicus (Fars əlvan əqrəbi)
  4. Mesobuthus zarudnyi (Zarudnyi əlvan əqrəbi)– İlk dəfə 2022-ci ildə ölkəmizdə kəşf olunub!
  5. Olivierus caucasicus (Qafqaz əlvan əqrəbi)
  6. Euscorpius mingrelicus (Minqreli qonur əqrəbi)
  7. Euscorpius naupliensis (Anabolu/Nafplyon qonur əqrəbi)

Bu əqrəblərdən yalnızca Qara əqrəb (Androctonus crassicauda) və Əlvan əqrəb (Mesobuthus sp.) insan həyatı üçün təhlükəli olabilər. Ən çox ölüm hadisəsi qara əqrəb sancması zamanı baş verir. Təsadüfi deyil ki, qara əqrəbin latınca adı olan “Androctonus” sözünün mənası “kişi qatili” deməkdir. Təbii ki, ölüm həmçinin sancılan insanın yaşından, sağlamlıq vəziyyətindən, sancamanın olduğu yerdən (ürəyə yaxınlıq) aslıdır. Əqrəb sancdıqda yarayı suyla təmizləməli,  sancılan yerə buz qoymalı, sonar isə xəstəxanaya müraciət edilməlidir. Yarayı deşmək, sormaq olmaz.

androctonus-crassicauda
Qara əqrəb (Androctonus crassicauda)
f2016022858
Əlvan əqrəb (Mesobuthus eupeus)

Təəssüf ki, əqrəbləri evimizdən  uzaq tutmağın effektiv yolu yoxdur. Çünki, qida qalıqlarımız tarakan kimi böcəkləri cəzb edir. Əqrəblər də bu böcəkləri ovlamaq üçün gəlirlər. Amma, onları tapmağın asan yolu var : Ultarbənövşəyi işıq (UV). Tam olaraq səbəbi bilinmir, amma, bütün əqrəblər UV ışıq altında parıldayırlar. Əgər sizdə evinizdə əqrəb olub-olmadığını bilmək istəyirsinizsə bir ultrabənövşəyi işıq alın və ətrafa baxın. Parıldayın əqrəbi görməməyiniz imkansızdır.

uv

II) İLANLAR – Ölkəmizdə 30 – a yaxın ilan növü vardır ki, onlardan yalnız 12 – si zəhər daşıyır. Zəhərli ilanlar da öz növbəsində yarızəhərli (5 növ) və zəhərli (7 növ) olaraq 2 qrupa bölünürlər : (Ölkəmizdə yayılmış bütün ilan növləri haqqında ətraflı məlumat – https://goo.gl/6cnLPw)

snake-diagram

snakevenomous
Zəhərli və zəhərsiz ilanlar arasındakı fərqlər

a) YARIZƏHƏRLİ ilanların zəhəri əsas qidaları olan kiçik canlılar üçün təsirlidir. İnsan və digər iri məməlilər üçün təsirsiz olduğundan dişləmirlər. Həmçinin zəhər dişi ağızın arxa şırımında olduğundan barmağınızı ağzına soxmadıqca sizi zəhərliyə bilməz.

Ölkəmizdəki Yarızəhərli ilanların siyahısı : (5 növ)

hemorrhois-ravergieri
Rəngarəng təlxə (Hemorrhois ravergieri)
malpolon-insignitus
Kələz (Kərtənkələyəbənzər) ilan (Malpolon insignitus)
OLYMPUS DIGITAL CAMERA
Adi dam (pişik) ilanı (Telescopus fallax)
diced-snake-natrix-tessellata
Damalı su ilanı (Natrix tesellata)
psammophis-lineolatus
Ox – ilan (Psammophis lineolatus)

b) ZƏHƏRLİ ilanlar isə Gürzəkimilər (Viperidae) dəstəsinə aid olub, zəhərləri olduqca güclüdür. İnsan üçün həyati risk daşıyırlar. Amma onuda unutmamaq lazımdır ki, heç bir ilan sıxışdırılmadıqca və ya özünü təhlükədə hiss etmədikcə insanı sancmaz.

Ölkəmizdəki Zəhərli ilanların (Gürzəkimilərin) siyahısı : (7 növ)

gloydius-halys
Adi qalxansifət (Gloydius halys)
macrovipera-lebetina
Nəhəng gürzə (Macrovipera lebetina)
montivipera-raddei
Radde dağ gürzəsi (Montivipera raddei)
pelias-dinniki
Dinnik gürzəsi (Pelias dinniki)
pelias-shemakhensis
Şamaxı gürzəsi (Pelias shemakhensis)
pelias-eriwanensis
İrəvan çölgürzəsi (Pelias eriwanensis)
pelias-lotievi
Lotievi gürzəsi (Pelias lotievi)

Sizi ilan dişləyərsə ilk öncə yaranı suyla tənizləmək lazımdır. Dişlənən şəxs hərəkət etməməli və dişlənən bölgəni bacardığı qədər aşağıda tutmalıdır. (bunu etməkdəki məqsəd zəhər qan-damar sisteminə yayılmasını yavaşlatmaqdır). Daha sonra həkimə müraciət etmək şərtdir. Yaranı deşmək, yandırmaq. ən əsası da sormaq OLMAZ.

III) HÖRÜMÇƏKLƏR – Dünyada 2 fəsilə istisna olmaqla bütün hörümçəklər zəhər daşıyırlar. Hörümçəklər bu zəhərlərini ovlanmaq və özlərini müdafiə etmək üçün istifadə edirlər. Amma, çoxunun zəhər dişləri insan dərisini deşə biləcək gücdə deyil. Zəhərinin gücü və ölüm halları nəzərə alınaraq aşağıdakı növlərin insan həyatı üçün təhlükəli olabiləcəyi düşünülür. Xüsusən də uşaqlar və yaşlılar zəhərə qarşı olduqca həssasdırlar. Bu hörümçəklərin parlaq sarı, qara, qırmızı rəngləri də zəhərli olduqlarını göstərir. Ən çox rast gəlinənləri isə Xaçlı hörümçək (Araneus diadematus), Sarıkisəli hörümçək (Chiracanthium sp.), Yalançı qaraqurd/qaradul (Steotoda sp.), Qaraqurd/Qaradul (Latrodectus sp.), Qurd hörümçəyi (Lycosa sp.) növləridir.

Ölkəmizin insan üçün təhlükəli ola biləcək hörümçəklərinin siyahısı : (18 növ)

centipedes-millipedes

IV) ÇAYANLAR – Olduqca qorxuducu görünüşləri olan bu canlılar yaxşı yırtıcıdırlar. Özlərindən qat-qat böyük canlıları ovlaya bilərlər. Çox vaxt qırxayaqlarla səhv salınırlar. Ayırmaq isə olduqca sadədir : Əgər hər buğumda 1 cüt ayaq olarsa bu Çayan, 2 və daha çox ayaq olduqda isə bu Qırxayaqdır. Həmçinin çayanların dövdəsinin sonunda əsasən iki çıxıntı olur (saxta baş adlanan bu çıxıntılar yırtıcılardan qorunmaq üçündür).

Çayanların zəhərlərinin insan üzərində təsiri çox bilinməsə də, ehtiyatlı olub uzaq durmaqda fayda var. Çayanlar müxtəlif forma və ölçülərdə ola bilərlər. İnsanlar daha çox Ev çayanı ilə rastlaşırlar (şəkildə 3).

tmp1b16_thumb_thumb

Ölkəmizdə yaşayan çayanların siyahısı :

  1. Cryptops caucasius
  2. Escaryus koreanus
  3. Harpolithobius perplexus
  4. Lithobius antipai
  5. Lithobius lenkoranicus
  6. Lithobius memorabilis
  7. Lithobius sectilis
  8. Scolopendra media

Zəhər baxımından çayanların ən təhlükəlisi Nəhəng çayan vəya Skolopendr (Scolopendra media) – dir :

sc.JPG

V) Arılar – Ölkəmizdə də olduqca geniş yayılmış bu canlılar zəhərlərini gövdələrinin sonundakı hərəkətli iynə vasitəsi ilə ifraz edirlər. Əgər hər hansısa bir allergik reaksiyanız yoxdursa ölkəmizdə yaşayan heç bir arı növünün zəhəri sizin həyatınız üçün təhlükəli deyildir. Çox vaxt arı sancmaları qızartılar və şişliklərlə müşahidə olunurlar.

princ_rm_photo_of_bee_leaving_stinger

VI) ZƏHƏRLİ OLMASALAR da bəzi canlıların dişləməsi insan üçün təhlükəli olabilər. Məsələn, Bövlər (Solifugae sp.)  əsasən leşlərlə qidalandığından xeliserlərində (çənə) bakteriyalar toplanır. İnsanı dişlədikdə isə bu bakteriyalar infeksiyaya səbəb olur və yanma hissi yaradır. Bu zaman yaranı Hidrogen Peroksid məhlulu ilə təmizləmək, lazım olduqda isə həkimə müraciət etmək lazımdır. Unutmayın ki, bu canlıların heç biri özünü təhlükədə hiss etmədikdə (gənələr istisna) dişləmir və sancmır.

bo
Böv vəya Büvə (Solifugae sp.)
g%c9%99
Gənə (Ixodida sp.)

Əgər sizi gənə dişləyibsə əlinizlə ayırmağa çalışmayın. Çünki, gənənin başı qopub dərinizdə qala bilər ki, buda infeksiyaya səbəbdir. Gənə dişləməsi zamanı onu ehmallıca pinsetlə başından tutaraq ayırmaq lazımdır. Ən yaxşı variant isə təbii ki, həkimə müraciət etməkdir.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR. BURDAKI MƏLUMATLARIN SİZƏ BİR FAYDASI TOXUNMASINI ÜMİD EDİRƏM.

ƏDƏBİYYAT SİYAHISI :

  1. Ekolji Menecment dərs vəsaiti (2 cilddə) II cild
  2. Species composition, sex ratio, geographical distribution, seasonal and monthly activity of scorpions and epidemiological features of scorpionism in Iran. Müəlliflər : Hamid Kassiri,  Niusha Kasiri, Ali Dianat
  3. Mesobuthus caucasicus (Nordmann, 1840) (Scorpiones: Buthidae) in Turkey. Müəllif : Ayşegül KARATAŞ
  4. Türkiye’nin Zehirli Örümcekleri. Müəllif : Kazım Çapaçı
  5. Azərbaycanın sürünənlərinin təyinedicisi

ONLİNE MƏNBƏLƏR :

  1. http://insectoid.info/
  2. https://www.animalanswers.co.uk/classes/reptiles-and-amphibians/poison-vs-venom/
  3. https://en.wikipedia.org/wiki/List_of_venomous_animals
  4. https://en.wikipedia.org/wiki/List_of_poisonous_animals
  5. http://scorpion-files.blogspot.com/

Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

2 responses

  1. […] hamı ölkəmizdə rast gələ biləcəyiniz zəhərli canlıları tanımalıdır. Bu məqsədlə bloqpost da […]

  2. […] Lakin onların bəzi növləri insan həyatı üçün təhlükəli ola bilirlər. İllər əvvəl təbiətimizdəki zəhərli canlılardan danışarkən bunu vurğulamışdım. Çoxları ilan və əqrəb sancmasının fəsadlarına agah […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading