Beşbarmaq dağı və ətraf ərazilərin birgə yaratdığı darboğaz (bottleneck) miqrasiya edən quşlar üçün əla yerdir. Üç gün (09-11.09) ərzində bu ərazidə olduqca maraqlı bir düşərgədə oldum. Düşərgə zamanı müxtəlif quş növlərini halqalanmasında (video – https://goo.gl/Q8uNoq) iştirak etdiyim və müxtəlif növləri gördüyüm üçün şadam. Bunlar isə fotoaparatıma “yansıyan” bəzi fotolar :



































Ümumilikdə düşərgə zamanı müşahidə olunan və Qırmızı kitaba salınmış növlər :
- Ağgöz qara ördək (Aythya nyroca)
- Qıvrımlələk qutan (Pelecanus crispus)
- Adi qaragöz qızılquş (Falco subbuteo)
- Səs yamsılayan qırğı (Accipiter brevipes)
- Məzar (İmperator) qartalı (Aquila heliaca)
- Leşcil ağ kərkəs (Neophron percnopterus)
- Qara kərkəs (Aegypius monachus)
- Qara çalağan (Milvus migrans)
- Çöl muymulu (Falco naumanni)
Düşərgə zamanı bir digər əsas məşğuliyyət isə quşların xüsusi torlarla tutub, halqalanması idi :




Və sonda quşlarla əlaqəli olmayan 3 foto :



Leave a Reply