Birinci əsrdə yaşamış Böyük Plini özünün “Təbiət tarixi” (Naturalis Historia) əsərində ququ quşlarını həmcinslərinə yem olan yeganə quş kimi qələmə verir. O qeyd edir ki, ölkəsində qırğıların müxtəlif növləri var. Amma, biri (ququnu qırğı zənn edərək) dimdiyinin və caynaqlarının formasına görə digərlərindən fərqlənir. Hətta Plini qeyd edir ki, bu “qırğının” başı göyərçinə daha çox bənzəyir. Həmçinin bu quş digər qırğılarla qarşılaşdıqda onlara yem olur. Görünür uzun illərdir insanlar ququların qırğılara olan bənzərliyindən agah idi (Plininin onu qırğı zənn etməsinə səbəb də bu bənzərlik idi).

Birinci əsrdə yaşamış Böyük Plininin (23/24-79) təsviri

Bəs quqular niyə qırğılara bənzəyir? Ququ quşlarında “yuva paratizmi” adlanan xüsusiyyət var. Beləki dişi quqular öz yuvalarını qurmur, əksinə yumurtalarını müxtəlif sərçəkimilərin yuvasına qoyurlar. Qırğı ilə bənzərlik ququya burda avantaj verir. Bu bənzərliyini istifadə edən ququ yuvadakı valideynləri qorxudaraq yuvaya qonur və öz yumurtalarını qoyur. Həmin sərçəkimilər də ququ balasını öz balası zənn edib böyüdürlər. Bu “yaxşılığa” cavab olaraq ququ balası yumurtadan çıxan kimi “ev sahibinin” əsl balalarını yuvadan atır. Bu prosesin tamamını aşağıdakı videodan izləyə bilərsiniz:

Ququ quşları barədə məluamt videosu

Özümün də bu bənzərlik ilə bağlı xatirəsi var. 2017-ci ilin mayında ölkəmizin ən nadir qırğısı olan Türkistan qırğısını (lat. Accipiter badius) çoxalma ərazisində axtararkən aşağıdakı fotodakı ququ ilə qarşılaşıb, bir anlıq onu qırğı zənn etmişdim. Görünür bu quş 20 əsr sonra eynən Plinini aldatdığı kimi məni də aldada bilmişdi…

Adi ququ (lat. Cuculus canorus) – Masallı rayonu, 2017.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading