Bu bloqda artıq bir neçə dəfədir ölkəmizdə səhv salınan heyvan növləri barədə yazmışam (köhnə yazılarla bloqun əsas səhifəsindən tanış ola bilərsiniz). Bu dəfə isə başqa bir səhv salınan canlı haqqında danışcağam:

Quzğun (lat. Corvus corax) – Ən iri qarğakimi növlərindən biridir. Ölçüsü 60 sm-i keçən və bir kiloqramdan çox çəkiyə malik olan bu quşlar parlaq qara tükləri ilə tanınırlar. Əsasən cüt halında müşahidə olunan quzğunları özünəməxsus səsinə görə asanlıqla ayırmaq olar. Əlavə olaraq digər qarğalardan iri dimdiyi və “üçbucaq” formalı (itiuclu) quyruğuna görə seçilir. Digər qarğalar kimi uzunmüddət yaşadığı mifi xalq arasında geniş yayılsa da quzğunların təbiətdə ömrü ortalama 20-25 ildir (heç bir qarğa 100 il yaşamır). Quzğunlar digər qarğa növləri kimi herbivordur, yəni həm ət mənşəli, həm də bitki mənşəli qidalarla qidalanırlar.

Common Raven | Raven bird, Raven, Pet birds
Tünd qara rəngi, iri dimdiyi və itiuclu quyruğu ilə seçilən quzğun

Quzğunlar olduqca ağıllı quşlardır. Deyilir ki, bu quşlar onlara zərər vermək istəyən insanları illər keçsə də xatırlaya bilirlər. Hətta bəzi hallarda heyvan leşi tapan quzğunların leşin yanında uzanaraq özlərini ölülüyə vurduqları müşahidə olunmuşdur. Bunu etməkdə məqsədləri isə leşin həvəsində olan digər heyvanlara leşin təhlükəli olduğu imicini verməkdir (sanki, quzğun leşi yeyib və elə ordaca ölübmüş kimi davranır). Potensial rəqiblər uzaqlaşdıqdan sonra isə quzğun “dirilir” və leşi yeməyə davam edir. Quzğun insan səsini təqlid etməyi bacaran az saylı quş növündən biridir (bu bacarıq ən çox tutuquşulara xasdır). Eyni zamanda quzğunlar jestlərdən istifadə etdiyi bilinən az heyvan növlərindəndir. Beləki, onlar səs çıxarmadan hər hansısa cismi göstərmək istədikdə dimdikləri ilə bir-birlərinə işarə edirlər. Eynilə bizim barmaqlarınızla birşeyi göstərməyimiz kimi.

Lakin, ölkəmizdə leşlərlə qidalan quşlar olan kərkəslər bir çox bölgədə səhvən quzğun adlandırılır. Halbuki, kərkəslər yırtıcı quş olub, qırğıkimilər (lat. Accipitriformes) dəstəsindəndir. Xatırladım ki, quzğun isə ölkəmizdəki ən iri sərçəkimi (lat. Passeriformes) növüdür. Lakin, quzğunlar kərkəslərin yanında olduqca kiçik ölçülü qalırlar. Ölkəmizdəki ən iri yırtıcı quş da məhz qara kərkəsdir (lat Aegypius monachus).

Quzğun (solda) ağbaş kərkəsi (lat. Gyps fulvus) narahat edir.

Ölkəmizdə 4 kərkəs növü qeydə alınmışdır ki, bunlardan 3-nə ilboyu rast gəlmək olur. Digər növ (leşcil ağ kərkəs) isə köçəridir. Kərkəslər leşlə qidalandığından təbiətin “sanitar işçiləri” sayılırlar. Elə məhz bu səbəbdən bir çox növ (ölkəmizdə ağbaş və qara kərkəs) tüksüz baş və boyuna sahibdir. Onlar bu boyunlarını cəsədin dərinliklərinə daxil olmaq üçün istifadə edirlər. Ölkəmizdə də rast gəlinən bir digər kərkəs növü olan saqqalı kərkəs (lat. Gypaetus barbatus) ümumiyyətlə quşlar arasında öz diyetinə görə seçilir. Belə ki, o demək olar ki, ancaq sümüklə qidalandığı bilinən yeganə quş növüdür. Həm də toğlugötürən olaraq bilinən bu növ sümüyü caynaqları ilə tutaraq uçmağa başlayır və sümüyü müəyyən yüksəklikdən qayalıqlara buraxır. Daha sonra isə qayalıqlara çırpılaraq qırılan sümüyün iliyini yemək üçün ora enir. Bəzən eynisini tısbağalara edərək onların çanaqlarını qırdığı da qeydə alınmışdır.

11 Facts About the Bone-Eating Bearded Vulture | Mental Floss
Qırmaq üçün sümük daşıyan bir saqqallı kərkəs

Təəssüflər olsun ki, ölkəmizdəki bütün kərkəslərin sayı azalmaqdaddır. Belə vacib canlıları qorumaq hamımızın borcudur!

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

2 responses

  1. […] Əlavə olaraq əsərdə Radde bəzi adların səhv qeyd olunduğunu da ehtimal edir. Belə ki, o kərkəslərə quzğun1 da deyildiyini, kiçik qızılquşların qırğılarla səhv salındığını da vurğulayır. Quzğun məsələsi ilə bağlı ətraflı – https://zulfuferecli.wordpress.com/2021/03/11/s%c9%99hv-tanidigimiz-heyvanlardan-quzgun/ […]

  2. […] Əlavə olaraq bir növün (qara qarğa – lat. Corvus corone) bəzi tarixi mənbələrdə ölkəmizdə görüldüyü barədə iddialar olsa da, bu fakt öz təsdiqini tapmamışdır. Və ehtimal ki, bu qeydlər səhv təyin etmənin nəticəsidir (qara qarğa gənc zağcaya çox bənzəyir). Qarğakimilər arasında ən iri ölçülü olanı, həm də ən iri sərçəkimi olan quzğundur (lat. Corvus corax). Bəzən ölkəmizdə yırtıcı quşlardan olan kərkəsləri də səhvən quzğun adlandırırlar. Ətraflı məlumat üçün bax – https://zulfuferecli.wordpress.com/2021/03/11/s%C9%99hv-tanidigimiz-heyvanlardan-quzgun/ […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading