Binəqədidəki qır (bitumen) gölündə ilk fosil 1938-ci ildə yerli bir vətəndaşın damına qır vurmaq istəyərkən göldən iri heyvan sümükləri tapmasıyla kəşf olunub. Elə həmin il, qazıntılar aparılmağa başlanıb. Günümüzə qədər ərazidə tapılmış 50 mindən çox heyvan qalığı əsasında 109 quş, 43 məməli, 2 sürünən, 1 suda-quruda yaşayan (amfibi) və yüzdən çox həşərat növ və yarımnövü təsvir olunmuşdur. Qır göllərinin yaşının rəqribən 96-120 min il öncəsinə aid olduğu qeyd olunur. 

Təbiətə yayılmış qır/neft gölləri bir çox köçəri quş növünün ölümünə səbəb olur! (foto Siyəzən rayonunda çəkilib, (c) Michael Heiss)

Dünyanın müxtəlif yerlərində neftin çox olduğu yerlərdə bu cür qır gölləri formalaşmışdır. Bunlardan ən məhşuru ABŞ-da yerləşən La Brea qır çuxurlarıdır ki, ordakı tapıntıların ən qədimi 38 min il öncəsinə aiddir. Eynən Binəqədi gölləri kimi La Brea göllərində də səhvən qır göllərinə düşən heyvanların qalıqları fosilləşmiş və nəticədə günümüzə qədər qorunub saxlanmışdır. La Brea-da məməlilər çoxluq təşkil etsə də, Binəqədi gölünün əsas qalıqları quşlardır. Bir digər fərq isə La Brea gölləri ərazisi çox gözəl paleontoloji muzeyə çevrilsə Binəqədi göllərində vəziyyət acınacaqlıdır. Bu ərazidə paleontoloji muzeyin yaradılması potensialı turizmin inkişafı üçün möhtəşəm fürsət ola bilərdi. Binəqədidən əldə olunan Dördüncü dövrə aid fosil qalıqlarının çoxu hazırda Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyində saxlanılır, fosillərin bir qismi isə Budapeşt, Kiyev, Sant Peterburqdakı muzeylərdədir.

Gəlin Binəqədidə tapılan heyvan növlərinə ətraflı baxaq:

Məməlilər arasında vəhşi eşşək, ceyran, at, meşə gərgədanı, Binəqədi gərgadanı, primitiv öküz, hepard, mağara şiri və kaftarı kimi Buz dövrü növləri; sayqak antilopu, qonur ayı, nəcib maralın Binəqədi yarımnövləri (müasir fərdlərdən daha iri ölçülü) maraqlı tapıntılardır. 

Meşə gərgədanı və Avropa cüyürünün birgə təsviri.
Binəqədi gərgədanın qalıqları
Mağara şiri və kaftarlarının cəsəd üstündə mübarizəsi!

Ərazi quş tapıntılarının miqdarına görə diqqət çəkir. Ümumiyyətlə leşyeyən məməli (ayı, kaftar, şir) və quşların (kərkəslər) qalıqlarının çoxluğu onların qır gölünə düşən heyvanların cəsədləri ilə qidalanmaq istəyərkən öldüklərini deməyə imkan verir. Məsələn yırtıcı quşlardan ağquyruq qartalın 166, qara kərkəsin 62, ağbaş kərkəsin 18 fərdinin qalıqları tapılmışdır. Əlavə olaraq ərazidə çoxlu sayda su-bataqlıq quşunun (ördəklər, vağlar, cüllütlər və s.) tapılması da ərazinin onlar üçün əhəmiyyətli köç və qışlama yeri olduğunu göstərir. Sonrakı araşdırmalar Binəqədidəki quş növlərinin müxtəlifliyinin günümüzdə Qızılağac Milli Parkında qışlayan quşlara bənzərliyini ortaya qoymuşdur.

Binəqədidəki tapıntılar əsasında təsvir olunmuş quş növ və yarımnövlərinin tam siyahısı:

Hazırda ölkəmizdə rast gəlinməyən növlər (4 növ):

1. Ağyanaq qaz Branta leucopsis 
2. Qütb bayquşu  Bubo scandiacus 

3.  Qayalıq/Yunan kəkliyi Alectoris graeca 

4. Qırmızıboyun quzğun ? Corvus cf. ruficollis

 

Nəsli kəsilmiş quş növləri (3 növ):

  1. Binəqədi bayquşu (Bubo binagadensis)
  2. Binəqədi döyüşkən cüllütü  (Philomachus binagadensis)
  3. Azərbaycan qazı  (Anser azerbaidzanicus)
Bir ayaq sümüyü əsasında təsvir olunmuş Binəqədi bayquşu (Bubo binagadensis) – təmsili təsvir*

Nəsli tükənmiş yarımnövlər (cəmi 10, son 4-ü hələ təsvir olunmayıb):

  1. Qıvrımlələk qutan Pelecanus crispus palaeocrispus
  2. Fısıldayan qu Cyrnus olor bergmanni
  3. Ağ durna Leucogeranus leucogeranus bogatschevi
  4. Yaşılbaş ördək Anas platyrhynchos palaeoboschas
  5. Dəniz qara ördəyi Aythya marila asphaltica
  6. Zığ-zığ Garrulus glandarius assiduous
  7. Boz səsyamsılayanın Xenus cinereus ssp. n.
  8. Kiçik ağ vağ Egretta garzetta ssp. n.
  9. Böyük əyridimdik Numenius arquata ssp. n.,
  10. Sağsağan Pica pica ssp. n.

Günümüzdə hələ də ölkəmizdə görə biləcəyiniz quşlar:

BATAĞANLAR

  1. Qırmızıboyun batağan Podiceps auritus

QUTANKİMİLƏR

  1.  İri qarabatdaq Phalacrocorax carbo

LEYLƏKKİMİLƏR

  1. İri dan quşu Botaurus stellaris
  2. Kiçik dan quşu Ixobrychus minutus
  3. Qarıldaq Nycticorax nycticorax
  4. İri ağ vağ Egretta alba
  5. Boz vağ Ardea cinerea
  6. Kürən vağ  Ardea purpurea
  7. Misir vağı  Bubulcus ibis
  8. Qara leylək Ciconia nigra
  9. Ərsindimdik Platalea leucorodia
  10. Qaranaz ibis Plegadis falcinellus

QAZKİMİLƏR

  1. Bizquyruq Anas acuta
  2. Enliburun ördək  Anas clypeata
  3. Fitçi cürə Anas crecca
  4. Marek ördəyi Anas penelope
  5. Cırıldayan cürə Anas querquedula
  6. Boz ördək Anas strepera
  7. Qırmızıdöş qaz Branta ruficollis
  8. Ağalın qaz Anser albifrons
  9. Boz qaz ? Anser cf. anser
  10. Ala ördək Tadorna ferruginea
  11. Anqut Tadorna tadorna
  12. Qırmızıbaş dalğıc Aythya ferina
  13. Ağgöz qara ördək  Aythya nyroca
  14. Qırmızıburun dalğıc Netta rufina
  15. Uzunquyruq ördək Clangula hyemalis
  16. Güləyən ördək cephala clangula
  17. Adi qılquyruq Melanita fusca
  18. Nazik pazdimdik Mergus albellus

QIRĞIKİMİLƏR

  1. Leşcil ağ kərkəs Neophron percnopterus
  2. Qara kərkəs Aegypiuys monachus
  3. Ağbaş kərkəs Gyps fulvus
  4. Ağquyruq dəniz qartalı Haliaeetus albicilla
  5. Berqut  Aquila chrysaetos
  6. İri xallı qartal Aquila clanga
  7. İmperator qartalı Aquila heliaca
  8. Çöl qartalı Aquila nipalensis
  9. Iri qırğı Accipiter gentilis
  10. Adi sar Buteo buteo
  11. Çöl sarı Buteo rufinus
  12. Qamışlıq belibağlısı Circus aeruginosus
  13. Çöl belibağlısı Circus macrourus
  14. Tarla belibağlısı Circus cyaneus
  15. Qırmızı çalağan Milvus milvus

QIZILQUŞKİMİLƏR

  1. Şahin Falco peregrinus
  2. Adi muymul Falco tinnunculus

BAYQUŞLAR

  1. Tüklüayaq xarabaçıl Aegolius funereus
  2. Bataqlıq bayquşu  Asio flammeus
  3. Qulaqlı bayquş Asio otus
  4. Dam bayquşu  Athene noctua
  5. Yapalaq Bubo bubo
  6. Meşə bayquşu Otus scops

TOYUQKİMİLƏR

  1. Boz kəklik Perdix perdix

DURNAKİMİLƏR

  1. Telli durna  Anthropoides virgo
  2. Boz durna Grus grus
  3. Ağ durna. Grus leucogeranus
  4. Xırda/Cırtdan təqibçi  Porzana parva/ P. pusilla
  5. Qaşqaldaq  Fulica atra
  6. Dovdaq Otis tarda
  7. Bəzgək Tetrax tetrax

BAĞRIQARALAR

  1. Qaraqarın bağrıqara Pterocles orientalis

GÖYƏRÇİNKİMİLƏR

  1. Çöl göyərçini  Columba livia

CÜLLÜTKİMİLƏR

  1. Sahildəyişən cüllüt  Actitis hypoleucos
  2. Adi pərttəgöz Burrhinus oedicnemus
  3. Qırmızıdöş/ Qaradöş qum cüllütü Calidris ferruginea I C. alpina
  4. Kiçik bozca Charadrius dubius
  5. Düymədimdik Eudromias morinellus
  6. Bülbülü ilbizcüllüt Tringa erythropus
  7. Boz ilbizcüllüt Tringa glareola
  8. Böyük ilbizcüllüt  Tringa nebularia
  9. Qara ilbizcüllüt Tringa ochropus
  10. Çay ilbizcüllüt Tringa stagnatilis
  11. Otluq ilbizcüllüt Tringa totanus
  12. Kəkilli cüllüt Vanellus vanellus
  13. Asiya qonurqanadı Pluvialis fulva
  14. Boz qonurqanad Pluvialis squatarola
  15. Böyük oxcüllüt ? Limosa sp. (cf. limosa)
  16. Adi tənbəlcüllüt Gallinago gallinago
  17. Ortaboy əyridimdik Numenius phaeopus
  18. Kiçik əyridimdik Numenius tenuirostris
  19. Xəzər qağayısı  Larus cachinnans
  20. Böyük qütb qağayısı Larus hyperboreus

SƏRÇƏKİMİLƏR:

  1. Qara qaratoyuq Turdus merula
  2. Oxuyan qaratoyuq Turdus philomelos .
  3. Quzğun Corvus corax
  4. Boz qarğa Corvus cornix
  5. Zağca Corvus frugilegus
  6. Dolaşa Corvus monedula
  7. Kiçik torağay Calandrella rufescens
  8. İkixallı/çöl torağayı  Melanocorypha bimaculata/M. calandra

İstifadə olunmuş əsas ədəbiyyat:

Boev, Zlatozar. (2010). Prof. Nikolay Burchak-Abramovich’s private collection of Late Pleistocene birds from Binagada (Azerbaijan) – a lost treasure of avian paleontology: general review of the exploration of the site and its scientific value.


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

6 responses

  1. […] üçün münbit yer deyil (çoxlu insan və yox deyəcək qədər qida!). Maraqlıdır ki, Binəqədidəki qır göllərində də bəbir qeydə alınmayıb, Qobustan qayaüstü təsvirlərində bəbirlər daxil olmaqla […]

  2. […] (Rosa (pulverulenta ) azerbaidshanica) kimi. Həmçinin ölkəmizin adını daşıyan Azərbaycan qazı  (Anser azerbaidzanicus) kimi nəsli tükənmiş növlər də təsnif […]

  3. […] rast gəlinir. Ölkəmizdə daha iri ölçülü sayqa yarımnövünün buz dövrü fosilləri Binəqədidə tapılmışdır. Onları 1950-ci ildə Bulla adasına gətirib buraxmışdılar. Gətirilmiş 20 […]

  4. […] 1999). Məhşur Binəqədi qır göllərində tapılmış fosillər barədə ayrıca yazı […]

  5. […] budur ki, Binəqədidə tapılmış buz dövrü fosilləri arasında tipik çöl (step) landşaftına uyğun otyeyənlər – sayqaklar kimi rast gəlinsə […]

  6. […] Sırf Binəqədi ərazisindən tapılmış fosillər barədə daha ətraflı bu yazımdan oxuya bilərsiniz – https://zulfuferecli.com/2024/04/26/bin%C9%99q%C9%99di-qir-goll%C9%99rinin-nov-muxt%C9%99lifliyi/ […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading