1821-ci ildə Yelizavetpol qəzasındakı Helenendorf (indiki Göygöl) yaşayan almanlar üçün həkim təyin olunmuş isveçrəli R.F. Hohenacker (1798-1874) həm də yaxşı təbiətşünas idi. Ölkəmizdə yaşadığı dövrdə topladığı materiallar əsasında “ Cənubi Qafqazın Qarabağ, Şirvan və Talış bölgələrində rast gəlinən heyvanların siyahısı” (Enumeratio animalium que in Provinciis Transcaucasicis. Karabach, Schirvan et Talysch) (1837), “Talış zonasında toplanmış bitkilərin siyahısı” (1838) kimi əsrlər ərsəyə gətirmişdir. Latınca olan ilk əsərində o qeydə aldığı növlərlə yanaşı onların həmin dönəmdəki yerli dillərdəki adını da qeyd etmişdi. Əsərdə hazırda ölkəmizdə olmayan bəzi növlərin də mövcud olduğu qeyd olunmuşdur. Bu yazıda isə həmin əsərdəki yırtıcı məməli və quşların siyahısını olduğu kimi təqdim edirəm

Əsərin ilk səhifəsi.

Ardıcıllıq: Müəllifin qeyd etdiyi elmi təsnifat, növün günümüzdəki adı, yayıldığı yer və əsərdəki Azərbaycanca və Ermənicə adları (əgər qeyd olunubsa).

MƏMƏLİLƏR:

  1. CANIS Lupus (canavar) Hər yerdə tez-tez rast gəlinir – Tatarca (Azərbaycanca): Qurd, canavar. Ermənicə: Gül.
  2. C. Aureus (çaqqal). Eynən – Tat. Çaqqal . Erm. Tschachal.
  3. C. Caragan (tülkü). Eynən – Tat. Tülkü. Erm. Achwes.
  4. HYENA (zolaqlı kaftar). Yelizavetpol torpaqlarında var, Talışda da olduğu deyilir – Tat. Kaftar
  5. FELIS catus (meşə pişiyi) L. Yelizavetpol və Talışda vəhşi halda – Tat. Çöl pişiyi. Erm. Wirikatu.
  6. F. cato affinis, qara rəngdə (pişik), Helenendorfda, Şəmkirin dağlarında və Qarabağda Şuşa ətrafında
  7. F. Tigris (pələng). Talış vilayətinin düzənliklərində – Tat. Şir deyirlər.
  8. F. Pardus (bəbir). Yelizavetpolda Kür shailində, Talış vilayətinin dağlarında – Tat. Pələng (günümüzdə bəbir deyirik).
  9. F. Chaus (qamışlıq pişiyi).Yelizavetpol torpaqlarında və Talışda – Tat. Qaraqulaq (günümüzdə qamışlıq pişiyi).
  10. F. cervaria (vaşaq). Yelizavetpol torpaqlarında nadirən – Tat. Vaşaq. Erm. Lüsam.
  11. MUSTELA Martes (meşə dələsi). Yelizavetpol torpaqlarında və Talışın “Suvan” hissəsində – Tat. Dələ.
  12. M. Foina (daşlıq dələsi). Yelizavetpol torpaqlarında
  13. M. Erminea (qaraquyruq gəlincik). Eynən
  14. M. vulgaris (adi gəlincik). Eynən və Talışda Lənkəran qalası yaxınlığında
  15. LUTRA vulgaris (su samuru). Eynən – Tat. Suiti. Erm. Tschdra schun.
  16. MELES vulgaris (porsuq). Geniş yayılıb – Tat. Porsuq.
  17. URSUS Arctos (qonur ayı). Yelizavetpol torpaqlarında – Tat. Ayı. Erm. Artsch.
  18. Phoca (suiti). Xəzərin Lənkəran sahillərində – Tat. Suiti

YIRTICI QUŞLAR

  1. CATHARTES Percnopterus (Leşcil ağ kərkəs) . Helenendorfda və Talışda.
  2. VULTUR niger (qara kərkəs). Helenendorf yaxınlığında 3 dəfə ovlanmışdır.
  3. V. fulvus (ağbaş kərkəs). Yelizavetpolda və Qarabağda tez-tez. Tat. Quzğun və ya Leşqaçıran (?). Bax: Əsl quzğun
  4. GYPAËTOS grandis (saqqallı kərkəs). Yelizavetpolda və Talış dağlarında. Tat. Toğlugötürən, Erm. Humay.
  5. FALCO casius (?). Lənkəranda
  6. F. Subbuteo (qaragöz qızılquş). Yelizavetpolda
  7. F. Tinnunculus (adi muymul). Eynən
  8. F. Nisus (kiçik qırğı). Eynən.
  9. F. palumbarius (iri qırğı). Yelizavetpolda və Talışda
  10. F. peregrinus (şahin). Eynən.
  11. F. cyaneus (tarla belibağlısı). Eynən.
  12. F. rufus (qamışlıq belibağlısı). Eynən.
  13. F. Buteo (adi sar). Helenendorfda
  14. F. ater (qara çalağan). Talış vilayətində. Tat. Çalağan
  15. F. hypoleucus (boz qızılquş?, ölkəmizdə yoxdur!). Lənkəranda.
  16. AQUILA navia (böyük xallı qartal). Yelizavetpolda. Tat. Qaraquş
  17. A. leucocephala (Ağquyruq qartal?). Eynən.
  18. STRIX Ulula (bataqlıq bayquşu). Hər yerdə.
  19. STR. Aluco (boz yapalaqca). Eynən.
  20. STR. Passerina (tüklüayaq xarabaçıl?). Yelizavetpolda və Talış dağlarında.
  21. STR. Strigata (dam bayquşu?). Helenendorfda təsadüfən rast gəlinən yeni növ.
  22. STR. Bubo (yapalaq). Yelizavetpolda
  23. STR. Otus (qulaqlı bayquş). Eynən. (Strix-lərə azərbaycanca (tat). bayquş deyilir).

Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading