English translation at the end
Əlbəttə təxmin edə biləcəyiniz kimi son illərin ən aktual mövzularından biri Süni İntellekt modellərinin sürətlə həyatımıza daxil olmasıdır. ChatGPT kimi modellərdən istifadə edərək bəsit suallardan soruşmadan tutmuş kompleks riyazi məsələləri həll etmək artıq gündəlik həyatımızın parçasına çevrilib.

Lakin, bir çoxları bu kimi modellərin təsirlərindən xəbərsizdir. Məsələn, bir ChatGPT sorğusu Google axtarışından 10 dəfə çox enerji tələb edir. Beş il ərzində süni intellektin artan enerji tələbatı 40 milyon evə bərabər olacaq. Nəticədə qlobal enerji istehlakının 2050-ci ilə qədər 44% artacağı proqnozlaşdırılır. İnanılmaz proqnozlardır!
Süni intellekt pisdirmi deyirəm? Təbii ki yox! Doğru istifadə ilə həyatımızı asanlaşdıra bilər. Elə təbiəti mühafizə sahəsində də süni intellektdən istifadə edərək maraqlı yeniliklər əldə olunub. Bəzi ölkələrdə artıq Sİ ilə təhciz olunmuş foto-tələlər minlərlə məlumatı insandan daha sürətli analiz edərək qeydə alınmış növlər, habelə onların yaşı, sağlamlığı haqqında məlumat verə bilir. Hətta optik cihazlar bazarında liderlərdən sayılan Svarovski bir neçə ay Sİ-li binokl istehsal etdi. Siz binokulu hansısa quşa tutursunuz, o növünü sizin üçün təyin edir! Quşların səsini yazaraq onları təyin edən proqramlar (Merlin Bird ID kimi) artıq bir neçə ildir cəmiyyətə açıqdır. Qulağa nağıl kimi səslənsə də bu reallıqdır. Düşünün daha nə yeniliklər bizi gözləyir…

Sİ vasitəsilə böyük miqdarda ekoloji məlumatı sürətli və dəqiq şəkildə analiz etmək, nadir heyvan növlərini izləmək, iqlim dəyişikliyinin təsirlərini proqnozlaşdırmaq mümkündür. Təssəvür edin illərdir toplanmış məlumatı cəmi bir neçə dəqiqə ərzində analiz edib nəticə çıxara bilirsiniz. Bu texnologiya, xüsusilə qlobal miqyasda ekosistemləri izləmək və qorumaq üçün müstəsna vasitədir.
Amma bu yazıda başqa birşeydən danışacam. Sİ-in yanlış və ya etik cəhətdən problemli istifadə hallarının mövcudluğu – məsələn, heyvan növlərinin hərəkətini təqib edən texnologiyaların ovçuluq məqsədilə istifadə edilməsi – təbiətin mühafizəsi ilə bağlı dilemmanı dərinləşdirə bilər.
Qeyd etmək istədiyim məqam isə Sİ vasitəsilə yaradılmış, insanları təbiət barədə aldadan görüntülərdir. İnternetdə, xüsusən sosial medyada bu cür yüzlərlə nümunə tapmaq mümkündür! Bir quş müşahidəçisi kimi qarşıma çıxan onlarla Sİ görüntülərinin realmış kimi insanlar, dostlarım və hətta bəzən tanıdığım ornitoloqlar (!) tərəfindən paylaşılması məni narahat edir. Unutmayın əgər bir şeyi mühafizə etməyə çalışırıqsa ilk öncə onun haqqında doğru məlumat toplamağı bacarmalıyıq.


Bəzən isə görüntülər o qədər inandırıcıdır ki, dəqiqləşdirmək mənim üçün belə çətindir. Təsəvvür edin ölkəmizdə çox nadir olan bir növün Sİ ilə əldə olunmuş görüntüsü bölüşülsə bu məlumatın doğruluğunu necə yoxlayacağıq? Bu yaxınlarda dərc etdiyimiz “Ən ən ən Quşlar“ adlı uşaq ədəbiyyatımızın da redaktəsi zamanı kiminsə shutterstock-a əlavə etdiyi Sİ məhsulu ağ durna səhvən kitaba real foto kimi əlavə olunmuşdu. Çapdan öncə foto dəyişdirildi.

Sonda qeyd edim ki, düzgün əldə ChatGPT faydalı ola bilər. Məsələn, aşağıdakı tərcüməni o edib, cəmi bir neçə saniyə ərzində… Çox yox, bir neçə il öncə Google Tranlate-də Azərbaycan dilində qarşınıza çıxan gülünc səhvləri xatırlayın, irəliləyiş inanılmazdır!
As you might guess, one of the most relevant topics in recent years has been the rapid integration of AI models into our lives. Using models like ChatGPT, solving everything from simple questions to complex mathematical problems has become a part of daily life.
However, many are unaware of the impact of such models. For example, a single ChatGPT query requires 10 times more energy than a Google search. In five years, AI’s rising energy demand will equal the needs of 40 million households, and it’s predicted that global energy consumption could increase by 44% by 2050—staggering projections!
Image 1. Camera trap equipped with AI.
Is AI inherently bad? Of course not! With proper use, it can simplify our lives. In the field of nature conservation, fascinating innovations have been achieved using AI. In some countries, AI-powered photo traps analyze thousands of data points faster than humans, providing information on recorded species, their age, and health. Leading optics companies like Swarovski have released binoculars with AI, which can identify bird species simply by sighting them. Apps that identify birds by sound (such as Merlin Bird ID) have been available for public use for a few years. Though it sounds like a fantasy, it’s real, and many new innovations await us.
AI enables large-scale ecological data analysis and the ability to monitor rare species and predict climate change effects. This technology is an exceptional tool for global ecosystem monitoring and conservation.
Image 2. Obviously fake Blue tits made by AI.
However, I want to discuss a different issue here. The misuse of AI in ethically questionable ways—for example, using tracking technology for hunting—could deepen the dilemma in conservation.
Image 3. Impressively realistic dove picture by AI
What concerns me more is AI-generated images that mislead people about nature. On the internet, particularly on social media, there are hundreds of such examples! As a birdwatcher, I find it concerning when AI-generated images appear to be real and are shared by people, friends, and even ornithologists I know (!). Remember, if we aim to protect something, we must first gather accurate information about it.
Sometimes these images are so convincing that even I find it difficult to verify them. Imagine if an AI-generated image of a rare species in our country were shared—how would we check its authenticity?… During the editing of our recently published children’s book called “The Most BIRDS” (Ən ən ən quşlar), an AI-generated Siberian Crane that someone added to Shutterstock, was mistakenly added to the book as a real photo. The photo was taken out before printing of the book.
Image 4. That fake Siberian crane that I came across while editing the book.
Leave a Reply