Ölkəmizdə qarğaların 300 il yaşadığı mifi olsa da təbiətdə qeydə alınmış ən yaşlı qarğa 59 il yaşamışdır (Tata adlı Amerika qarğası). Ölkəmizdəki boz qarğaların təbiətdə ortalama ömrü 10-15 ildir. Amma bəzi quşlar həqiqətən də çox yaşaya bilirlər.
Vizdom (Wisdom) adlı Laysan albatrosu və ya qarabel albatros (lat. Phoebastria immutabilis) adlanan quş hazırda ən azı 74 yaşındadır. Bu il o, ənənəvi olaraq Havay arxipelağında (Midway Atoll-da) həyat yoldaşı ilə yenidən bir araya gəlmiş və noyabrın 26-da bir ədəd yumurta qoyub.

Vizdom ilk dəfə 1956-cı ildə, yetkin fərd olaraq halqalanmışdır (halqa nömrəsi :Z333). Bu isə onun əslində 74 yaşdan da qoca ola biləcəyi mənasına gəlir. Bu da Vizdomu təbiətdə bilinən və hətta nəsil artıran ƏN YAŞLI quş növü edir. Quşların monitorinqin formalarından olan halqalama prosesinin faydalarından biri də məhs bu cür məlumatların əldə oluna bilməsidir. O, bugünə qədər 30-dan çox həyatda qalmış bala verib, neçə nəvə və kötücələr görüb….
Lakin ondan da uzunömürlü quşlar qeydə alınıb (təbiətdə olmasa da). Fotodakı bu günə qədər qeydə alınmış ƏN uzunömürlü quşdur! Adı “Cocky Bennett” olan bu erkək sarıkəkilli kakadu tutuquşusu 120 yaşında ölüb (1796-1916).


Leave a Reply