Son illərdə sərçələrin azalması mövzusunda mütəmadi olaraq mütəxəssislərin açıqlamaları, mediada müsahibələr görürük. Ancaq bu azalmanın əsas səbəblərinə dərindən toxunulmur. İlk öncə ondan başlayım ki, Azərbaycanda 3 sərçə növü var və bu yazıda hamımızın bildiyi, aşağıda ən sağdakı dam sərçəsindən (Passer domesticus) söhbət gedir.

Soldan sağa: çöl sərçəsi, qaradöş sərçə və dam sərçəsi (İllustrasiyanın mənbəsi Udruga BIOM)

Azərbaycanda sərçələrin dəqiq sayımı aparılmayıb. Lakin, məsələn, Avropadan olan məlumatlara görə, orada dam sərçələrinin sayı 1982-ci ildə 500+ milyon olduğu halda, 2017-ci ilə qədər 261 milyona düşüb, yəni təxminən yarıya enib. Bizdə də vəziyyət bənzər ola bilər. Bəs bunun əsas səbəbləri nədir?

Sərçələrin Azalma Səbəbləri

1. Şəhərləşmə və Yaşıl Zonaların Azalması

Sərçələr kol quşlarıdır. Ancaq şəhərlərin genişlənməsi ilə birlikdə kol bitkiləri azalır. Parklar uca ağaclarla yaşıllandırılsa da, sərçələrə lazım olan kolluq sahələr yoxdur. Bu da onların yuva qurmasını çətinləşdirir.

2. Sahibsiz Pişiklərin Artması

Pışiklər ev heyvanları olsalar da, insanlar onları nəzarətsiz bıraxaraq sərçələr üçün ciddi təhdid yaradırlar. Bu, təbiətə müdaxilədir və ekosistem balansını pozur.

3. Həşəratların Azalması

Sərçələr yerdə çörək qırıntıları yeyə bilsə də, balalarının böyüməsi üçün həşəratlar vacibdir. Kimyəvi maddələrin istifadəsi ilə birlikdə həşərat sayı azaldıqca sərçələr də aclıqdan əziyyət çəkə bilir.

4. Çirklənmə və Elektromaqnit Dalğaları

Hava, su və səs çirklənməsi sərçələrin şəhərlərdə məskunlaşmasını çətinləşdirir. Üstəlik, telefon siqnallarının artmasının da onlara neqativ təsiri ola biləcəyi iddia edilir.

5. Rəqabət və Qida Mənbələrinin Azalması

Sərçələr qida və yuvalama yerlərində qarğa, göyərçin kimi iri quşlarla rəqabət aparır. Xüsusilə, zibilxanalarda qeyri-sabit qida mənbələri qarğa və göyərçin sayını artıraraq sərçələri daha da kölgədə qoyur.

Bəs Necə Kömək Edə Bilərik?

✅ Sərçələr üçün yuvalama yerləri yaratmaq – Balkonlara, ev fasadlarına kiçik yuva qutuları quraşdırmaq.

✅ Kol bitkiləri əkmək – Həyətyanı sahələrdə yerli kollar, çiçəklər əkərək onlara sığınaq yaratmaq.

✅ Pişikləri nəzarətsiz bıraxmamaq – Xüsusən quş balalama dövründə ev pışiklərini bayıra nəzarətsiz bıraxmamaq.

✅ Doğru qida vermək – Qışa toxum qarışıqları (günəbaxan, qarğıdalı, buğda), meyvələr və qurudulmuş qurdlar qoymaq, ancaq çörəkdən uzaq durmaq (çörək quşlar üçün olduqca zərərlidir).


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading