Biz hər il Siyəzən rayonunda yerləşən Beşbarmaq darboğazında köç edən quşların sayım lahiyəsi ilə məşğul olmağa çalışırıq. Hər 1.5-3 milyon arası quşun köç etdiyi bu məkan qlobal əhəmiyyətlidir. O vaxt burda olan Çingiz xan ərazini boşuna “quş qapısı” adlandırmamışdı. Bənzər şəkildə köç Xəzər dənizinin üzəri ilə də davam edir.

Mühəndis SJ Hinqston 1997-ci il, 17 April-31 Dekabr tarixləri arasında Xəzər sularında neft daşlarında axtarışda olan qurğuları müşayət edən, aşağıdakı koordinatlardakı Təbriz Xəlilbəyli adına gəmidə çalışmışdı. Həm də yaxşı quş müşahidəçisi olan Hinqston Xəzər dənizinin ortasınan köç edən növlərin qeydiyyatını aparır, gəmi göyərtəsinə enən bəzi quşların fotosunu da çəkirdi.

Müşahidələri qeydə aldığı gəminin koordinatları

Onun müşahidələri arasında olduqca maraqlı növlər var, məsələn gəmidə 12 fərqli yırtıcı quş növünü ( 2 sar, 2 qırğı, 1 qartal, 4 qızılquş, 1 ley, 1 çay qaraquşu və 1 bayquş növü) qeydə alıb. Bunlar arasında Xəzərin ortasından köç edərkən qağayıların narahat etdiyi qulaqlı bayquş da var. Bayquşların Xəzərin üzərindən köç etməsini öyrənmək sizin üçün təəccüblü ola bilər, amma biz müşahidələrimizdə Xəzər üzərindən köç edən bayquşları dəfələrlə görmüşük.

Qulaqlı bayquş 19.11.1997

Əlavə olaraq o, su-bataqlıq quşlarını (vağlar, batağanlar) və sərçəkimiləri qeydə almışdı. O, qeydlərində bəzən gəmi göyərtəsinə çırpılaraq ölən ördəklərdən, batağanlardan da yazır.

Kiçik dan quşu gəmidə 19.10.1997
Gəmiyə çırpılaraq ölən 5 qaraboyun batağan 07.11.1997

Müşahidələr qeydləri arasında gözəl baladovdaq (lat. Chlamydotis macqueenii) və “boz uzunquyruq ardıc quşu” (lat. Hypocolius ampelinus) – ikinci növ ölkəmizdə qeydə alınmadığından ad şərti tərcümə olunub- kimi çox nadir növlər də var.

Kiçik qumru 15.10.1997

Müşahidə detalları və fotolar Sea Swallow (1999) jurnalının 48 nömrəli buraxılışında dərc edilmiş və Mühəndis SJ Hinqston-a məxsusdur.


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

2 responses

  1. Azərbaycan dilində güvərtə sözü yoxdur. Buna görə ifadə gəminin güvərtəsi yox, göyərtəsi şəkildə qeyd olunmalı idi. Düzəliş edilərsə, minnətdar olaram.

    1. Haqlısınız! Bir yerdə gözümdən qaçmışdı, düzəliş etdim. Təşəkkürlər.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading