Yazıya keçmədən öncə xatırladım ki, bu bloqa sadəcə kofe alaraq dəstək ola bilərsiniz! – https://kofe.al/@zulfuf

Azərbaycan ərazisində 28* növ ilan vardır ki, bunlardan 16-i Zəhərsiz, 5-i Yarızəhərli, 7-si isə Zəhərli olaraq təsnif olunur.(Bu təsnifat zəhər dişlərinin ağızda yeri və formasına görə aparılır – ilk təsvir).

* Bir gürzə növünün (Dinnik gürzəsi) ölkəmizdə mövcudluğu şübhə altında olub, hələ ki, qeydə alınmamış, lakin potensial yayılma əraziləri ilə birgə siyahıya əlavə edilmişdir (beləcə aşağıda qeyd olunmuş ümumi növ sayı 29-dur).

Həmçinin Şərq çöl gürzəsi bir neçə növ (İrəvan, Talış, və Lotiev gürzələri) arasındakı taksonomik əlaqə (ayrı növ olub-olmadıqları) müxtəlif mənbələr arasında fərqli olub, dərindən araşdırılmalıdır. Bu siyahıda onların hər biri arealları ilə birgə ayrıca qeyd olunmuşdur.

Qeyd: Qarşısında (AzQK) yazılan növlər Azərbaycanın Qırmızı Kitabının sonuncu nəşrinə (2023) daxil edlimiş növlərdir. Növlərin yayılış arealının xəritəsi 2019-cu ildə Rusiya Elmlər Akademiyası tərəfindən dərc olunmuş “Qafqaz ilanları” adlı əsərdən götürülmüşdür.

serpente_03
1) Zəhərsiz, 2) Yarızəhərli, 3) Zəhərli

1) ZƏHƏRSİZ ilanlar tamamən təhlükəsizdirlər və zəhər daşımırlar. Ölkəmizdə yayılan zəhərsiz ilan növləri :

Typhlops vermicularis
Kor ilan (Typhlops vermicularis)
Kor ilanın arealı
Eryx jaculus
Qərb yatağanı (Eryx jaculus)
Qərb yatağanın arealı
eirenis collaris
Xaltalı eyrenis (Eirenis collaris)
Xaltalı eyrenisin arealı
eirenis modestus
Dinc eyrenis (Eirenis modestus)
Dinc eyrenisin arealı
Eirenis punctatolineatus
Nöqtəxətli eyrenis (Eirenis punctatolineatus)
Nöqtəxəttli eyrenisin arealı
Qarabaş rinxokalamus (Rhynchocalamus satunini) (AzQK)
Qarabaş rinxokalamusun arealı
1200px-Benny_Trapp_Schlanknatter_Platyceps_najadum
Zeytuni təlxə (Platyceps najadum)
Zeytuni təlxənin arealı
Qonur ilan (Coronella austriaca)
Qonur ilanın arealı
zamenis hohenackeri
Cənubi Qafqaz təlxəsi (Zamenis hohenackeri) (AzQK)
Cənubi Qafqaz təlxəsinin arealı
zamenis persicus
İran təlxəsi (Zamenis persicus) (AzQK)
İran təlxəsinin arealı
Naxışlı təlxə (Elaphe dione)
Naxışlı təlxənin arealı
Pallas təlxəsi (Elaphe urartica) (AzQK)
Pallas təlxəsinin arealı
dolichophis caspius
Xəzər təlxəsi/Sarıqarın təlxə (Dolichophis caspius)
Xəzər təlxəsinin arealı
dolichophis schmidti
Qırmızıqarın/Qızılı təlxə və ya Şahmar ilan (Dolichophis schmidti)
Qırmızıqarın təlxənin arealı
hemorrhois nummifer
Qurğuşunrəngli təlxə (Hemorrhois nummifer)
Qurğuşunrəngli təlxənin arealı
Adi suilanı (Natrix natrix)
Adi suilanın arealı

2) YARIZƏHƏRLİ ilanların zəhəri əsas qidaları olan kiçik canlılar üçün təsirlidir. İnsan və digər iri məməlilər üçün təsirsiz olduğundan dişləmirlər. Həmçinin zəhər dişi ağızın arxa şırımında olduğundan (ilk təsvirdə qırmızı halqada göstərilib) barmağınızı ağzına soxmadıqca sizi zəhərliyə bilməzlər. Amma, dişləmələri bəzi insanlarda allergik reaksiya verə bilər.

Ölkəmizdə yayılan yarızəhərli ilan növləri :

n tess
Damalı su ilanı (Natrix tesellata)
Damalı su ilanın arealı
hemorrhois ravergieri
Bəzəkli/Rəngarəng təlxə (Hemorrhois ravergieri)
Bəzəkli təlxənin arealı
Psammophis lineolatus
Oxvari qum ilanı (Psammophis lineolatus) (AzQK)
Oxvari qum ilanın arealı
Malpolon_insignitus_1
Kələz ilan (Malpolon insignitus)
Kələz ilanın arealı
t fallax
Dam ilanı (Telescopus fallax)
Dam ilanının arealı

3) ZƏHƏRLİ ilanlar isə Gürzəkimilər  (Viperidae) dəstəsinə aid olub, zəhərləri olduqca təhlükəlidir. Zəhərli (gürzələr) və zəhərsiz ilanlar arasındakı fərqlər :

snake-diagram
snakevenomous
Qeyd : Dam ilanı (Telescopus fallax) da gürzələr kimi dəyirmi başa və elliptik göz bəbəyinə sahib olsa da insanlar üçün TƏHLÜKƏSİZDİR.

Ölkəmizdə yayılan zəhərli ilanlar (gürzəkimilər) :

1) Nəhəng gürzə (Macrovipera lebetina)
Nəhəng gürzənin arealı
Gloydius-halys-Pallas-2
2) Qafqaz qalxansifəti (Gloydius caucasicus)
Qalxansifətin arealı
3) Radde dağ gürzəsi (Montivipera raddei) (AzQK)

Radde dağ gürzəsinin arealı
Pelias shemakhensis
4) Şərq çöl gürzəsi (Vipera renardi shemakhensis) (AzQK)
Şərq çöl gürzəsinin arealı
5) İrəvan çöl gürzəsi (Vipera eriwanensis) (AzQK)

İrəvan çöl gürzəsinin arealı
Pelias lotievi
6) Lotiev gürzəsi (Vipera lotievi)
Lotiev gürzəsinin arealı
7) Talış çöl gürzəsi (Vipera (eriwanensis) ebneri) – Bəzən İrəvan gürzəsinin yarımnövü hesab olunur.
İran çöl gürzəsinin arealı
Pelias dinniki
8*) Dinnik gürzəsi (Vipera dinniki)
Dinnik gürzəsinin arealı (ölkəmizdə mövcudluğu təsdiqlənməyib)

Gürzələr haqqında əlavə məlumatlar:

33
Yatağan (Eryx), Su ilanıkimilər (Colubridae), Gürzəkimilər (Viperidae) arasındakı fərqlər.

Əslində gürzələrlə qarşılaşma ehtimalınız çox azdır. Buna səbəb əksər gürzə növünün azsaylı olub, nadir rast gəlinməsidir (xəritələrdən də görə bilərsiniz). Hətta bəzi növlərin təsnifat (taksonomiya) problemləri də tam həll olunmayıb. Məsələn, bəzi mənbələr İrəvan, Şərq, Talış və Lotiev gürzələrini bir növün yarımnövləri/populyasiyaları hesab edirlər (hamısı üstündəki ziqzaqa görə asanlıqla digər ilanlardan seçilir). Beləcə ölkəmizdə gürzə növlərinin sayı cəmi 4-ə düşür.

Ölkəmizdə geniş yayılmış gürzələr:

1) Nəhəng gürzə (Macrovipera lebetina) – Ölkəmizdə ən geniş yayılmış, ən iri və ən təhlükəli hesab olunan gürzədir. Xalq arasında səhvən Qafqaz gürzəsi olaraq da bilinir (əslində Qafqaz gürzəsi ölkəmizdə olmayan növdür). Zəhəri hemotoksik olub, qan və qan-damar sistəminə təsir edir. Lənkəran düzənliyi istisna olmaqla geniş yayılıb. Olduqca iri ölçülü ola bilir (2m-ə qədər, nadir hallarda bir qədər uzun).
2) Adi qalxansifət (Gloydius caucasicus) – Yalnız Lənkəran təbii vilayətində yayılıb. Təhlükədə olduqda zınqırovlu ilan kimi quyruğunu titrətdiyi qeyd olunur. Uzunluğu 70 sm-ə kimi olur. Qalxansifət sancan insan zəhərlənməni ağır keçirsə də ölümlə nəticələnən fakt yoxdur. Görmə qabiliyyətinin müvəqqəti itirilməsi müşayət oluna bilər.

Azsaylı gürzələr :

3) İrəvan gürzəsi (Vipera=Pelias eriwanensis) – Əsasən quraq və daşlı yamaclarda rast gəlinir. Ölçücə kiçik olur (maksimum 50 sm-ə qədər). Boz rəngə olub, üzərində ziq-zaq formalı zolaq vardır. Naxçıvan MR-da, Qarabağda və güman edilir ki, İranla həmsərhəd digər rayonlarda yayılıb.

4) Radde dağ gürzəsi (Montivipera raddei) – Uzunluğu maksimum 80 sm-ə qədər olur. Ölkəmizdə yalnız Naxçıvan MR-da dağlıq ərazilərdə (xüsusən Şahbuz rayonunda) qeydə alınıb. Üzərindəki sarımtıl-narıncı xallarına görə seçilir. Qırmızı Kitaba daxil edilmişdir.

5) Şərq çöl gürzəsi (Vipera=Pelias renardi shemakhensis) – Uzunluğu 55-60 sm-ə qədər olur. Azərbaycanın şimal-şərqində (Şəki-Şamaxı rayonları) yayılıb. Əvvəl ayrıca növ kimi qeyd olunurdu. İnsan üçün zəhəri az təhlükəlidir, ölüm halları qeydə alınmayıb. Qırmızı Kitaba daxil edilmişdir.

6) Lotievi gürzəsi (Vipera=Pelias lotievi) – Azərbaycanda yalnız Quba və Qusar rayonlarında yüxsək dağlıq ərazilərdə (Xınalıq ətrafı) yayılıb. Az rast gəlinən növdür.

7) Talış çöl gürzəsi (Vipera=Pelias (eriwanensis) ebneri) – Azərbaycanda Lerik rayonuna aid bəzi kəndlərdə məhdud ərazidə qeydə alınmışdır. Bəzən İrəvan çöl gürzəsinin yarımnövü hesab olunur.

8) Dinnik gürzəsi (Vipera=Pelias dinniki) – Azərbaycanda Zaqatala qoruğu və ətraf ərazilərdə yayılması ehtimal olunur.

Yuxarıdaki məlumatlardan da görə biləcəyiniz kimi ölkəmizdəki gürzələr əsasən məhdud ərazilərdə yayılıb, hətta bəzilərinin mövcudluğu belə sual altındadır. Yəni ümumilikdə gürzə ilə (nəhəng gürzə istisna) qarşılaşma ehtimalınız azdır. Çox vaxt qarşılaşılan və təəssüf ki, öldürülən ilanlar təhlükəsiz olan zəhərsiz və yarızəhərli olanlardır. Xalq arasında təhlükəsiz bəzi ilanların zəhərli olduğu zənn edilir. Məsələn, qızıl ilanın (qırmızıqarın təlxə) zəhərinin ölümcül olduğu deyilsə də tamamən ZƏHƏRSİZ növdür. Birdə xalq arasında “qılquyruq gürzə” deyimi yayılıb. Yuxarıdakı siyahıdan da görə biləcəyiniz kimi ölkəmizdə belə bir gürzə növü yoxdur və ehtimal ki, təhlükəsiz hansısa növə (bəzəkli təlxə ola bilər) verilən addır. Xalq tərəfindən edilən bir digər səhvlik isə bəzi gürzələrin yatağan adlandırılmasıdır. Halbuki yatağan (Eryx sp.) ZƏHƏRSİZ və slindirik bədən quruluşuna malik bir başqa ilan növüdür (fotodan görə bilərsiniz).

GÜRZƏLƏRİN FƏRQLƏNDİRİCİ XÜSUSİYYƏTLƏRİ

Gürzələri digər (təhlükəsiz) ilanlardan ayırmanın müxtəlif üsulları vardır. İnternetdə başın formasının üçbucaq olması qeyd olunsa da bu düzgün məlumat deyil. Əksinə zəhərsiz olan ilan növlərinin bir çoxunun (xüsusən təlxələrin) başı ücbucaq olur. Gürzələrin bədəni daha enli və qısa ölçülü olur. Fikrimcə ən əsas ayırma üsulu quyruğun uzunluğudur. Gürzələrdə quyruq olduqca qısa və küt uclu olur. Zəhərsiz/Yarızəhərli ilanlarda isə quyruq uzun və nazik olur. Məhs buna görə də aid olduqları Suilanları fəsiləsinin latınca adı “qamçı” sözündəndir (uzun quyraqları qamçıya bənzədiyi üçün bu ad verilib). Əlavə olaraq gürzələrin gözü elliptik (şaquli) olub, burunlu göz arasında çuxur (istilik sensoru) yerləşir (İstisna kimi dam ilanının da gözü şaqulidir).

QEYD: Koramal adlanan bu zəhərsiz və ayaqsız kərtənkələlər çox vaxt ilan zənn edilib öldürülürlər. Ümumiyyətlə ilanların da öldürülməsinə qarşıyam. Amma bu ləng kərtənkələlər tez-tez insanların qurbanına çevrilməsi kədərləndirici haldır. Ümid edirəm ki, bu şəkil Sarı və ya zirehli koramalı (Pseudopus apodus) ilanlardan ayırmağa kömək edər. Koramal digər kərtənkələlər kimi xarici qulaq seyvanına və göz qapağına sahibdir. (Hansıki, ilanlar hər ikisindən məhrumdurlar). Ümumilikdə koramal bədən quruluşuna görə də ilandan fərqlənir. Qalın və sərt pulcuqlu gövdəsinin yanınca uzanan nov da ilandan asanlıqla ayrılmasına kömək edir.

17457952_398654557169568_1174002257157132824_n
Üstdə Sarı koramal (Pseudopus apodus), altda Adi su ilanı (Natrix natrix)

Mənim digər araşdırmalarımhttps://www.researchgate.net/profile/Zuelfue-Frcli?ev=hdr_xprf&_tp=eyJjb250ZXh0Ijp7ImZpcnN0UGFnZSI6InB1YmxpY2F0aW9uIiwicGFnZSI6InByb2ZpbGUiLCJwcmV2aW91c1BhZ2UiOiJwcm9maWxlIiwicG9zaXRpb24iOiJnbG9iYWxIZWFkZXIifX0


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

54 responses

  1. cok iyi her seyi oyrendim

    1. Salam çox gözəl islemisiz. Bizdə də bu aralar ilan gorulur.3 dənə ilan indilik görükub bizdə.ilan başı yumru yumru göz bircə birində diqqetle baxanda bunları muşahidə etdim.Biz bu ilanlar üçün nə etmeliyik kimə zəng vurmalıdır?

      1. Əgər qeyd etdiyiniz kimi yumru göz bəbəi varsa təhlükəsiz növdür. Mən olsam heçnə etməzdim. Amma, narahatsınızsa FHN ilə əlaqə saxlayın. Ən vacibi əmin olmadığınız heç bir ilana toxunmayın

    2. Bes zinqirovlu ilan niye yoxdu en zəhərli ilan novudu

  2. Halaldı ,əla işləmisiz !!

    1. Təşəkkürlər!

    2. Salam biyaq 28 de bir ilan oldurdum boyu 2 metr falan olardi seklide var mende quyruqu nezik ve duz idi bawi ezildiyinnen baw nahiyesine tam fikir vere bilmedim texmini deye bilersiz o ilanin adin lazim olsa weklinde ataram

      1. Fotosu olsa demək olar, lakin, gərək öldürməyəydiniz boşuna

      2. Zülfü Müəllim, siyahıda görə bilmədim ” buynuzlu gürzə” ölkəmizdə bir neçə dəfə rastlanıb. Hətta özüm də şahidi olmuşam. Bu növ barədə məlumat verə bilərsiz?

      3. Ölkəmizdə buynuzlu gürzə (lat. Vipera ammodytes) qeydə alınmayıb, hansısa başqa növlə səhv salırsınız.

  3. Salam.
    Bilmirsiz, Abşeron bölgəsində əsasəndə Buzovna və Məştaga tərəfdə hansı növ ilan olur?

    1. salamlar spesifik olaraq demək çətindir, çünki, əksər ilan növləri oxşar habitatlarda olur və bir çoxu geniş yayılmışdır. Ümumi olaraq su hövzələri yaxınlığında su ilanları, digər ərazilərdə isə nəhəng gürzə, zeytuni təlxə, kələz ilan kimi növləri görmək olar.

    2. Yazıya növlərin yayılış arealları (xəritələr) əlavə olunmuşdur

  4. […] Onu da qeyd etmək lazımdır ki, müxtəlif növlərin zəhərləri müxtəlif tərkibə sahib olduğu kimi, eyni növün müxtəlif fərdlərinin zəhərlərinin tərkibindəki maddələr də ilanın qidasından, yaşadığı yerdən, iqlim şəraitindən və ilanın yaşından aslı olaraq fərqliliklər göstərə bilir. Məsələ burasındadır ki, bir çox zəhərsiz ilan növü yırtıcılardan qorunmaq üçün öz naxışları və hərəkətləri ilə gürzə növlərini təqlid edirlər (mimikriya). Bu da bir çox insanı çaşdırır və onlar zəhərsiz ilan növlərini gürzəyə bənzədir və çox vaxt öldürürlər. (Ölkəmizdə yayılmış bütün ilan növləri, onların zəhər dişlərinin quruluşu, habelə zəhərli və zəhərsiz ilanlar haqqında ətraflı məlumatı bu yazımdan əldə edə bilərsiniz – https://zulfuferecli.wordpress.com/2017/03/24/az%C9%99rbaycanda-yayilmis-ilan-novl%C9%99ri/) […]

  5. Salam. İlanlara sayca ən çox hansı rayonumuzda rast gəlmək olar?

    1. konkret demək mümkün deyil, Aran zonasında və digər arid ərazilərdə nisbətən çox olur

  6. Salam mende ilan shekili var rastlashib cekmishem ve cox maraqlidi zeherlidi ya yox .Onu nece size gondere bilerem.

    1. Salam fotonu emaillə fereclizulfu@gmail.com -a göndərə bilərsiniz

  7. Zülfi, bala, sənin ilanlar haqqında bu bilgilərinə söz yox, bu çox təqdirə layiq, hamıya, hətta çox zooloqlara nümunə olacaq herpetoloji bilik səviyyəsidir. Amma bir naturalist kimi nəzəri biliklər nə qədər qənaətbəxş və yüksək olsa da, əhaliyə dərs” demək ixtiyarı vermir. Nə vaxtsa, nədəsə dürüst olmayan məlumatı adamların şüurunda düzəltmək sonra çətin olur. Xüsusilə, haqqında çox rəvayət və şaiyələr yayılmış İlanlar barədə məlumatı ictimaiyətə təqdim edəndə bir bu sahənin mütəxəssilər ilə məsləhətləşmək sənə fayda verər. Hər bir növün adını ümumi qəbul olunmuş qaydada deyil, hərə öz bildiyi və düşündüyü kimi yazsa, xaos yaranar, fərqləndirici diaqnostik əlamətləri yanılış verəndə də həmçinin. Sənin bizim Zoologiya institutuna gəlməyinin, müəyyən tövsiyyələrə qulaq asmağının sənə çox köməyi olar.
    Hörmətlə, Təvəkkül İsgəndərov

    1. Əlbəttə, mən həmişə vurğulamışam ki, bu sadəcə mənim maraq sahəmdir və mənim bilmədiyim çox şey ola bilər. Amma, mənim fikrimcə insanların heyvanlara (xüsusən də ilanlar kimi daim nifrət olunan qruplara) qarşı kinin səbəbi məlumatsızlıqdır. Düzdür ölkəmizdə bu sahədə araşdırmalar aparılmış, lazımi ədəbiyyatlar yazılmışdır. Lakin, fikrimcə bir çox insan (xüsusən də gənc nəsil) internət vasitələrindən daha çox istifadə edirlər. Mənim də bu yazıları yazmaqda məqsədim məlumatların daha əlçatan olmasını təmin etməkdir. Mən çalışıram ki, istinad etdiyim mənbələr əsaslı olsun. Sizin bu şərhinizi gördüyümə şad oldum, əgər hər hansı səhvlik varsa bunları öyrənməkdən və lazımi düzəlişləri etməkdən çəkinmərəm. Ümid edirəm bir gün instituta gələ bilər və sizinlə söhbət edib, bilgilərinizdən faydalana bilərəm.

    2. Salam, sizdən xalqda Yelmar adı ilə tanınan bir ilan barəsində məlumat almaq istəyərdim. İki gün bunnan əvvəl rast gəldim çox iti sürətə malikdi, qırmızaya çalan bir rəngi vardı. Zəhərli deyirlər məncə, zəhərsizdi. Məndə ilanların öldürülməsinə qarşıyam, Təəssüflər olsun ki xalqımız ilanı gördün başını əz deyir. Yelmar ilan siyahidəki qızılı təlxəyə oxşadıram. İsmayıllı rayonunda olub, sizcə hansı ilan ola bilərdi?

      1. Salam, düz təxmin etmisiniz. Yelmar ən çox qırmızıqarın təlxəyə deyirlər. Cəld və aqressiv olduğundan onu zəhərli zənn edirlər, əslində ZƏHƏRSİZDİR. Burda da qeyd etmişəm bu barədə – https://zulfuferecli.wordpress.com/2018/07/24/ilanlar-haqqinda-s%C9%99hv-bildikl%C9%99rimiz/

      2. Yazını oxudum. Bir həvəzkar üçün səviyyəli yazıdır, amma peşəkar, mütəxəssis yazısı deyil! İlanlar, o cümlədən Azərbaycanın ilanlar faunasının növ müxtəlifliyinə və növ adlarına aid məlumatlarda qeyri-dürüstlük var, zəhərli və zəhərsiz ilanların morfoloji fərqlərin, ilanlar haqqında olan şaiyələrin, aforizmlərin izahı tam deyil. “İlanlar ülduz göməsə, ölən deyil” aforizminin izahı üçün qısaca onu deyim ki, bu, hərəkət əzələlərini tənzimləyən onurğa beyinin avtonomluğu ilə bağlıdır – öldürülmüş ilanın onurğa beyini 4-6 saat avtonom olaraq fəaliyyətini saxlaya bilir. Ona görə təzə öldürülmüş ilana toxunduqda ilan tərpənir. Bu isə, əksər hallarda gecə düşənə, ulduzlar görünənə qədər davam edə bilər. Zəhərli və zəhərsiz ilanların fərqli davranış xüsusiyyətləri barədə məlumatlara rast gəlmədim. Ümumiyyətlə, vacib düzəlişlər etdikdən sonra ilanlar haqqında ümumi məlumat mənbəyi kimi təqdim edilə bilər.

  8. men qonur ilan haqqinda daha etrafli melumat isteyirem.Cunki bu ilanin butun elametleri zeherli ilanin elametlerine oxsayir, amma, zehersiz ilanlar sirasinda verilib.

    1. Qonur ilan zəhərsizdir. Doğrudu bəzi zəhərsiz növlər zəhərlilərə oxşayır (hətta müdafiə olunmaq üçün təqlid edənlər var – Svinsəbənzər və Rəngarəng təlxə məsələn). Amma, qonur ilan zəhərsizlər kimi dəyirmi gözə sahibdir, başında xüsusi “tac” var ki, ancaq bu növdə görünür. Və quyruğu zəhərli növlər (gürzələr) kimi qısa deyil

      1. Salam Zülfi bəy, mən evdə ilan baxmaq istəyirəm düzdür nə qədər qəribə gəlsədə,
        hansı ilan növlərini məsləhət görərdiniz və onları daha asan necə tapa bilərəm ?

      2. Salam, pet shoplarda satılan növlərə baxa bilərsiniz. Asanlıq səviyyəsi seçəcəyiniz növdən asldırı, məsələn hognose-lar asandır deyə bilirəm. Amma vacib şərt odur ki, saxlamaq fikrinizdən daşınsanız belə onları təbiətə buraxmaq olmaz!

      3. İlan yuvaları harada olur və ya onlarla harada daha çox qarşılaşa bilərəm ?

  9. Çox yararlı oldu təşəkkürlər

    1. Təşəkkürlər!

  10. Çox əla! Tutarlı. Faydalı. Təşəkkür edirəm!
    Və bəli, paylaşılmayan elm dəyərsizdir!

    1. Təşəkkürlər!

  11. Eladi 👏

  12. Salam, məlumat üçün təşəkkürlər! Mümkünsə “”Çayan” haqqında da məlumat verərdiz

    1. Salam, şərhiniz üçün təşəkkürlər! Bu yazıda qısa da olsa çayanlar və qırxayaqlar barədə məlumat var – https://zulfuferecli.wordpress.com/2017/02/13/z%C9%99h%C9%99r-t%C9%99bi%C9%99tin-kimy%C9%99vi-silahi/

  13. alah razi osun

  14. Salam Menim heyetimde yaşil rengde ilan var .dilmek isdirem o zeherlidi ya yox?.

    1. Bu siyahıdakı növlərlə müqayisə edə bilərsiniz.

  15. Bes zinqirovlu ilan niye yoxdu en zəhərli ilan novudu

    1. Ölkəmizdə zınqırovlu ilana rast gəlinmir, onların vətəni əsas Şimali Amerikadır

      1. Salam Zülfü bəy.Çox maariflənirici oldu,öz adıma təşəkkür edirəm.Hər zaman olmasa da ara-ara təbiət guşələrinə üz tuturuq və bu barədə məlumatlı olmaq çox həyat əhəmiyyətlidir.Çox istərdimki PEŞƏKARLAR tərəfindən nəinki ilan, həmçinin Azərbaycana aid digər canlılar haqqında da ən azı bu qədər məlumat yer alan və bu qədər rahat daxil olub oxuya biləcəyimiz(saytlardan) maarifləndirici məlumatlar olsun.

      2. Salam. Mən dünən bir ilan öldürdüm. Körpənin yaxınında idi. Amma növünü bilmədim. Naxışlı boz dərisi var idi. Alt hissəsi narıncı və qara rəngdə idi. Zəhmət olmasa məlumat verərdiniz. Nəzərinizə çatdırım ki, yaşadığımız ərazi çay yatağı olub isti, quru dərəlikdir.

  16. Ağ rəngdə olan ilan hansı növdür?Boz xalları var

    1. Salam, ölkəmizdə ağ rəngli ilan yoxdur, ona ən yaxın rəngdə olan növlər əsasən təlxələrdir – xüsusən dam ilanı

  17. Salam! Yazıya görə təşəkkür edirəm, çox maarifləndiricidir.

    Sizdən soruşmaq istəyirdim, Lənkəran meşəliklərində iki-üç dəfə (ilk dəfə 2002-də, sonuncu dəfə 2023-də) bütöv bədəni narıncıya bənzər bir ilan görmüşəm.

    Sizin yazınızda olan “Qarabaş rinxokalamus” oxşayır, amma mən gördüyüm ilanların başı qara deyildi.

    Orada yayılmış ilan hansıdır?

    1. Salam, oxuduğunuz üçün təşəkkürlər. O bölgədə Qarabaş rinxokalamus qeydə alınmayıb və ehtimalı azdır. Fars təlxəsi ola bilər (qırmızımtıl fərdləri də olur).

  18. Salam, zeytuni təlxə haqqında birazda məlumat verə bilərsiz ?

  19. hörmətli Təvəkkül İsgəndərov, sizin burda nəyisə irad tutmağınız yersizdir. Bu vaxta qədər Zoologiya institutu hansı maarifləndirici işlərə əl atıb? Hansı məqalə yayınlayıb? Adi həvəskar bir insanın millətə verdiyi fayda sizin lazımsız institutunizdan üstündür.

  20. salam bayaq həyətdə olan gördüm sürətlə qaçıb yeşiyin altına girdi yaxından gəlib çox yaxşı diqqət etdim eynən burda olan nöqtəxətli eyrenis adlı ilana bənzəyirdi istədik öldürək ancaq qaçdı gizləndi, indi baxıram ki zəhərsiz ilan növüdür, yaxşı ki öldürmədik, çox maarifləndirici məlumatdı bundan sonra diqqət edəcəyik gördükdə

    1. Oxuduğunuz və ən əsası ilanı lazımsız yerə öldürmədiyiniz üçün TƏŞƏKKÜRLƏR!

  21. […] gürzələr insan həyatı üçün təhlükəli ola biləcək ilanlardır və onların bizdə 7 (8) növü qeydə alınmışdır. Bunlardan ən təhlükəlisi və irisi (1.5-2 metrə çatan) nəhəng […]

  22. […] yaşayan ilan növləri haqqında bloqyazımı yazanda bu sual ağlıma gəlmişdi: Azərbaycanda kobra ilanı […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading