Bu yazı ilə yeni bir seriyaya başlayırıq. Həftənin quşu seriyasının məqsədi hər həftə bir quş növünü daha yaxından tanıtmaq, oxucunu həm məlumatlandırmaq, həm də müşahidəyə həvəsləndirməkdir. Quşlar sadəcə görüb keçdiyimiz canlılar deyil. Onlar həyat tərzləri, miqrasiya hekayələri və şəhərlə münasibətləri ilə özünəməxsus dünyadır. Biz də bu dünyaya hər həftə kiçik bir pəncərə açacağıq.